İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hakimiyyəti "silah baronu"nu həbsdə saxladı

333 05.04.2023 14:47 Region A A

İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi hakim Jora Çiçoyanın sədrliyi ilə silah ticarəti ilə məşğul olan David Qalstyanın (Patron Davo) həbs müddətinin daha 2 ay uzadılması barədə qərar qəbul edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qalstyanın vəkili Armen Andrikyan bildirib.

Qeyd edək ki, David Qalstyan yanvarın 31-də həbs edilib. Cinayət işinin məzmunu həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də onun vəkilləri tərəfindən məxfi saxlanılır.

Xatırladaq ki, erməni silah tacirinin adı istifadəyə yararsız raketlərin alınması işində hallanır. Onunla birlikdə keçmiş müdafiə naziri David Tonoyan da həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR