İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan əsgəri xidməti pulla satacaq: "ya xidmət et, ya da onu satın al"  

867 30.10.2023 09:56 Region A A

Musavat.com xəbər verir ki, fərariliyin, hərbi xidmətdən yayınmaların baş alıb getdiyi Ermənistanda yeni qanun layihəsi hazırlanır.

Hakim blokun nümayəndəsi Hayk Sarkisyanın hazırladığı qanun layihəsinə görə, 27-37 yaş arası hərbi xidmətdən yayınanlar Ermənistanda orduda xidmət etməklə və ya büdcəyə pul köçürməklə cinayət təqibindən yayına bilərlər. Bir neçə variant var:

➖12 ay xidmət edin və 6,2 min dollar ödəyin.
➖6 ay xidmət edin və 12,4 min dollar ödəyin.
➖1 ay xidmət edin və 24,8 min dollar ödəyin.
➖hərbi xidmət əvəzinə 37,5 min dollar ödəyin.

Deputat hesab edir ki, qanun layihəsinin qəbulu bir çox vətəndaşın vətənə qayıtmasına imkan verəcək, ölkənin silahlı qüvvələri repatriantlarla təmin olunacaq, dövlət büdcəsinə əlavə vəsait daxil olacaq.

Göründüyü kimi, Ermənistanda artıq gənclik əsgəri xidmət keçmək istəmir və fərarilik yeni qanun yaratmaq zərurəti ortaya çıxardıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR