İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ərazisində Azərbaycanın ikinci hərbçisi saxlanılıb - Erməni mediası

1737 13.04.2023 13:14 Gündəm A A

"Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi tapılaraq saxlanılıb."

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. 

Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə qeyd edilir ki, bir neçə gündür axtarışı davam edən Azərbaycan hərbçisi Axundov Hüseyn Əhliman oğlu bu gün günorta saatlarında tapılaraq, saxlanılıb. 

Qeyd edək ki, aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azmışdılar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR