İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan çalışır ki, məsələyə daha çox güc müdaxilə etsin” - SENSASİON AÇIQLAMA

1042 15.05.2023 21:05 Siyasət A A

“Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəldiyi Brüssel görüşündən gözləntilər çox idi. Ermənistan haqsız yerə iddia edirdi ki, Azərbaycan sərhəddə qəsdən gərginlik yaratmaqla bu görüşün keçirilməsinə mane olur. Görüş göstərdi ki, müəyyən razılaşmaların əldə olunmasınDa maraqlı tərəf Azərbaycandır”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Ermənistan neçə vaxtdır kommunikasiyaların açılması ilə bağlı qərarını vermir və Avropa İttifaqının da marağında olan Zəngəzur dəhlizinin açılmasından imtina edir:

Adsız-tasarım-2021-01-06T175003.638.jpg (178 KB)

“Görüşdə dəmir yolu əlaqələrinin qurulmasının konkret vaxtı və cədvəli ilə bağlı müzakirələrdən sonra Ermənistanın bəhanəsi qalmayacaq. Sərhəd məsələlərinin müzakirəsində də Azərbaycan açısından elə bir narahatlıq yoxdur. Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Ermənistan tərəfdən elan olunmalıdır ki, Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyü tanınır. Bununla bağlı bütün spekulyativ siyasətə son qoyulmalıdır. Müzakirə predmeti olan Qarabağda yaşayan ermənilərlə bağlı məsələdə də Azərbaycanın mövqeyi birmənalı və dəyişməzdir”.

"Müzakirə olunan digər məsələlər də özü ilə sülh gətirəcəkmi?" sualına Q.Çaxmaqlı belə cavab verib:

“Brüssel formatının irəliləyəcəyi ilə bağlı ümidlər olsa da, Ermənistan-Azərbaycan arasında münaqişənin bitməsini istəməyən siyasi iradə də yox deyildir. Ermənistan çalışır ki, məsələyə daha çox güc müdaxilə etsin. Avropanın aparıcı ölkələri olan Fransa və Almaniyanın da burada yer alması o deməkdir ki, Rusiyanı bölgədən çıxarmaq tədbirlərində Ermənistan birbaşa iştirak edir və keçən müddətdə bütün diplomatiyasını buna yönəlik qurub”.

Politoloq qarşıdakı görüşə də diqqət çəkib:

“Şarl Mişelin vurğuladığı Kişinyovda gözlənilən sammitdə də danışıqlar prosesində Rusiya məlum səbəblərdən iştirak etməyəcək. Rusiyada bunu anlayırlar və Rusiya öz ssenarisini irəli sürməkdə gecikməyəcək. Danışıqlar prosesinin Amerika, Avropa Birliyi, Rusiya meydançasında bir nəticəyə varılacağına və nəticələr verəcəyinə ümid etmək doğru olmazdı, çünki bu güclərin özlərinin maraqları üst-üstə düşməyəcək və Ermənistanın prosesi uzatmaq istəyi reallaşmış olacaq. Onu sülhə məcbur edəcək mexanizmlər yoxdursa, nəticə almaq da çətin olacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR