İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidməti dayandırdı 

554 30.03.2024 18:02 Son xəbər A A

“Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları martın 30-na keçən gecə Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı sistemin çağrı mərkəzindən TASS müxbirinə təsdiqləyiblər:

“Bu gündən bizim sistemimizlə işləyən banklar “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Lazım gələrsə, kartınızı qəbul etməyi dayandırmış konkret banklarla əlaqə saxlaya bilərsiniz”.

TASS-ın Ermənistan sakinləri, həmçinin Ermənistanda olan Rusiya vətəndaşlarından sorğularında, müxtəlif forumlarda və teleqramdakı özəl kanallarda Ermənistanda yerləşən “Mir” kartlarının sahibləri də Rusiya kartlarının fəaliyyətini dayandırdığını bildiriblər. Xüsusilə “Evokabank”, “Akbabank”, “Conversbank” kimi bankların adı çəkilib.

Milli Ödəniş Kartı Sisteminin (MSPC) mətbuat xidmətinin iki həftə əvvəl verdiyi məlumata görə, NSPC Ermənistanın ödəniş sistemindən martın 30-dan etibarən ArCa-nın üzvü olan bankların “Mir” kartlarına xidmət göstərməyi dayandıracaqları barədə rəsmi bildiriş alıb. Yalnız infrastrukturunda tam həcmdə “Mir” kartlarına xidmət göstərən VTB Ermənistan Bankı (Rusiya VTB-nin törəmə müəssisəsi) respublikada Rusiya kartları ilə işləməyə davam edəcək.

Ermənistanda VTB-nin 53 filialı var, onlardan 22-si İrəvanda yerləşir. Ölkə üzrə 190-dan çox bankomat müştərilərin ixtiyarındadır.

2024-cü il fevralın 23-də ABŞ Maliyyə Nazirliyi “Mir” ödəniş sisteminin operatoru “Milli Ödəniş Kart Sistemi” ASC-ni sanksiyalar siyahısına əlavə edib. Ermənistan banklarının “Mir” kartı ilə işləməkdən imtina etməsi “Visa” və “Mastercard” kartlarına xidmət göstərən bankların sanksiyalara məruz qalmaq istəməməsi ilə bağlıdır.

Təkcə Ermənistanda deyil, “Mir” kart sahibləri Qazaxıstanda da problemlərlə üzləşiblər. Əvvəllər “Sberbank”ın törəmə şirkəti olan Qazaxıstanın “Bereke Bank”ı və “Freedom Finance” bankı artıq ödəniş sistemi kartları ilə əməliyyatların dayandırıldığını elan ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR