İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxır? 

534 14.11.2023 16:12 Son xəbər A A

“Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı təşəbbüs göstərməyib”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat, parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri Arman Eqoyan deyib.

O, bunu siyasi qərar adlandırıb. Deputat Ermənistanın 1991-ci ildən Avropaya inteqrasiya prosesində olduğunu söyləyib.

“Biz Avropa İttifaqı ilə biri 1990-cı illərdə olmaqla, iki saziş imzalamışıq. Sonra biz Avropa Şurasının üzvü olduq. Bu, həm də Avropaya inteqrasiya mərhələsidir və belə mərhələlər çoxdur”, - deyə Eqoyan qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə Ermənistan Aİ-yə daxil olmağı planlaşdıra bilər, lakin hazırda belə proqramlar yoxdur.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR