İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ABŞ-ın tam nəzarətinə keçib - ŞOK İDDİA

958 15.07.2024 16:17 Son xəbər A A

“Ermənistan açıq şəkildə ABŞ-ın xarici nəzarətinə verilib”.

Musavat.com xəbər verir ki, bu barədə “Tovarish General” teleqram kanalı yazır.

“Dövlət Departamentinin emissarları az qala hər gün İrəvana uçur, ipləri Ermənistan hökumətinin əlindən alır və onları USAID-in məmurlarının əlinə verirlər”, - deyə yazıda qeyd olunub.

Yazıda dövlət katibinin müavini Uzra Zeya və USAID-in Avropa və Avrasiya Bürosunun rəhbəri Erin Makkin, ABŞ dövlət katibinin digər müavini Riçard Verma və USAID rəhbəri Samanta Pauerin Ermənistanı üst-üstə ziyarətlərinə diqqət çəkilib.

Məlumata əsasən, iş o yerə çatıb ki, Ermənistan baş nazirinin müavinləri Mger Qriqoryan və Tiqran Xaçatryan siyasi, nəqliyyat, enerji və digər məsələlərlə bağlı USAID-in katibi Erin Makkin qarşısında açıq hesabat veriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR