İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan 993 itkininin olduğunu iddia edir

2160 27.01.2024 16:07 Dünya A A

Ermənistan Milli Təhlükəsizlik Xidməti əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyanın bəyanatını yayıb.

“Ermənistan Respublikasının itkin düşmüş Azərbaycan vətəndaşları haqqında məlumat verməkdən imtina etməsi barədə Azərbaycan Respublikasının müxtəlif dövlət orqanları tərəfindən mütəmadi olaraq dövriyyəyə buraxılan tezisə cavab olaraq vurğulamağı zəruri hesab edirik ki, 2020-ci ilin noyabr ayından etibarən Ermənistan Respublikası 44 günlük müharibədə həlak olmuş 51 azərbaycanlının, habelə 90-cı illərdə həlak olmuş 50-yə yaxın insanın meyitinin mümkün yerləri barədə Qarabağın nümayəndələrindən aldığı topoqrafik materialları Azərbaycan Respublikasına verib”-bəyanatda iddia olunur.

Bildirilir ki, bundan əlavə, 90-cı illərdə vəfat etmiş 140 azərbaycanlının “Qarabağ nümayəndələri”ndən alınan sümükləri Azərbaycan Respublikasına təhvil verilib.

Xatırladılır ki, 90-cı illərin əvvəlindən başlayaraq, 2020-ci ilin 44 günlük müharibəsində və ondan sonra Ermənistan Respublikasının 993 vətəndaşı və Qarabağ erməniləri itkin düşmüş hesab edilir, Ermənistan Respublikası onların taleyini aydınlaşdırmaqda ciddi maraqlıdır.

“Ermənistan Respublikası dəfələrlə, o cümlədən ən yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Ermənistan Respublikasının Baş Naziri Aparatının və Baş Nazirin Administrasiyasının birgə bəyanatında qeyd olunan razılaşmaya əsasən, Əsirlərin, girovların və itkin düşmüş şəxslərin məsələləri üzrə Ermənistan Respublikasının İdarələrarası Komissiyası Azərbaycan Prezidenti 7 dekabr 2023-cü il tarixli əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycanın müvafiq strukturuna əməkdaşlığı aktivləşdirməyi təklif edir”, - Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.

Qeyd edək ki, Birinci Qarabağ Müharibəsində və 44 günlük müharibədə itkin düşən azərbaycanlıların sayı 4 mindən artıqdır. Ermənistan ona üncanlanan sorğulardan yayınmaqdan ötrü öz itkinlərini önə çıxarmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR