İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənisayağı “demokratiya”: Paşinyana çətir atan qadını5 ilə qədər həbs gözləyir

459 23.08.2023 09:43 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyana çətir atan qadın Narine Asatryanı 2 ildən 5 ilə qədər həbs gözləyir. “Sputnik Armenia” xəbər verir ki, Asatryan vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılığa cəhddə ittiham olunur. Cinayət işi avqustun 17-də baxılması üçün məhkəməyə təqdim edilib.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Ermənistanda insan haqlarının durumu yaxşı deyil və bir qadına qarşı qanunun ən sərt tətbiqi də ümumi vəziyyətə uyğundur: “Ötən il ABŞ Dövlət Departamenti Ermənistanda 2022-ci ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabat yaymışdı. Həmin  hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb. Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib. ”Human Rights Watch", “Amnesty International”, “Freedom House”, “İnernational Federation for Human Rights”, “Transparency İnternational”, Avropa İttifaqı kimi təşkilatlar, ABŞ Dövlət Departamenti Ermənistandakı insan hüquq və azadlıqlarına dair real vəziyyəti az da olsa təsvir edirlər. Həmin hesabatlarda COVID-19 pandemiyasının onsuz da geriləməkdə olan iqtisadiyyatın tənəzzülünü sürətləndirməsindən, İkinci Qarabağ müharibəsi və onun nəticələrinin daxili ictimai-siyasi vəziyyəti daha da təhlükəli səviyyəyə gətirməsini, Ermənistan rəhbərliyinin yaranmış vəziyyəti öz maraqları istiqamətində istifadə etməsinə toxunulur. Bu sənədlərdə pandemiya şəraitində olan-qalan hüquqları da tam şəkildə əllərindən alınan, azadlıqları məhdudlaşdırılan Ermənistan cəmiyyətinin ciddi ictimai və siyasi böhran yaşamasından bəhs olunur. Ermənistanda fundamental hüquqlar və azadlıqlar olan sərbəst toplaşmaq, birləşmək, söz və ifadə azadlıqları, uşaq və qadın hüquqları intensiv şəkildə kobudcasına pozulur. Belə halları sürətlə artır. Ölkə üzrə irqi ayrı-seçkilik və dözümsüzlük, polis tərəfindən zor tətbiq edilməsi, işgəncə, vətəndaşlarla pis rəftar edilməsi nümunələri, hüquq müdafiəçilərinə qarşı amansız tədbirlər, cəzaçəkmə və islah müəssisələrində dözülməz vəziyyət, korrupsiyanın bütün sahələrdə hökm sürməsi və şəffaflığın olmaması kimi neqativ hallara dair məlumatlar var.

Antikorrupsiya həbslərinin hədəfi - ilin sonunadək “böyük başlar”...

Natiq Ələsgərov

Əslində burada təəccüblü hansısa məqam yoxdur. Əksinə, işğalçı və təcavüzkar bir dövlət olan Ermənistanın yürütdüyü dövlət siyasətinin əsl mahiyyətinin diktə etdiyi real vəziyyət hələ tam əks olunmur. Azərbaycan dövlətinə qarşı işğalçılıq və təcavüzkar siyasət yürüdən, əhalisinə münasibətdə isə çoxsaylı soyqırımı və insanlıq əleyhinə olan cinayətlər edən dövlət, elə öz vətəndaşlarına da ən yaxşı halda belə münasibət göstərə bilərdi. Bir qadına qarşı bunca sərt addımlar atılması Ermənistan femidasının acınacaqlı durumunu göstərir. Dünyanın ən böyük təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yalnız kağız parçası üzərində saxlayan bir dövlət elə həmin təşkilatın Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin öz daxilində canlanmasına imkan verə bilməz! Ermənistan mətbuatı yazır ki, həmin o qadın həm də 5 övlad anasıdır. 5 uşaqlı anaya qarşı belə bir addımın atılması Xocalı, Meşəli, Laçın, Kəlbəcər və ümumən Qarabağda vəhşiliklərin təsadüfi olmadığını da ortaya qoyur. Əsir əsgərimizə qarşı sərgilənən vəhşilik də göstərir ki, düşmən ölkədən ədalət, humanizm gözləmək əbəsdir!"

Hüquqşünas deyib ki, Ermənistanda insan hüquq və azadlıqlarının dəhşətli vəziyyət almasında beynəlxalq təşkilatların xüsusi rolu var: “ Öz maraqalarından çıxış edib bir çox hallarda insan haqlarının pozulmasına seyrçi mövqe sərgiləmələri, hər dəfə yeni, yalnız kağız üzərində qalacaq sənədlər hazırlamaqla kifayətlənən təşkilatlar və dövlətlər Ermənistanı ədalətsizlik, qanunsuzluq bataqlığına yuvarlayıb. Bu ölkədə vəziyyətin bu mərhələyə gəlib çıxmasına həmin o demokratiya və insan haqları carçısı olan təşkilatların, dövlətlərin rolu danılmazdır.

Ermənistan məhkəməsi siyasi sifarişlərin icraçısıdır. Məhkəmə formal olacaq. Paşinyan Administrasiyasından məhkəmə sədrinə zəng edib deyəcəklər ki, 3 il cəza verilsin, 3 il verəcəklər, 5 il deyəcəklər, 5 il veriləcək. Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci (vəzifəli şəxsin vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə və ya siyasi fəaliyyətinə müdaxilə) maddəsi ilə 47 yaşlı Narine Asatryan 3-5 il sonra azadlığa çıxacaq".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR