İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin son ümidi belə qırıldı – Qarabağla bağlı məktuba ATƏT sədrindən ŞOK cavab

2989 13.05.2024 14:13 Siyasət A A

ATƏT-in icraçı sədri, Malta Respublikasının xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq bu gün İrəvanda olub. Səfəri fürsət bilən revanşistlər isə Qarabağın keçmiş erməni sakinləri adından ona məktub təqdim ediblər.

Musavat.com-un xəbərinə görə, erməni mediası yazıb ki, məktubda hər şeydən öncə onların “öz vətənlərinə qayıtmaq istəyi” ifadə olunub. Amma olduqca soyuq reaksiya ilə üzləşiblər...

Məsələ ilə bağlı sədrə ünvanlanmış “ATƏT artsax məsələsini qapadıbmı, qapatmayıbsa ermənilərin geri dönüşünü necə təsəvvür edir” sualına cavabında qurum rəhbəri təmkinlə bildirib ki, ATƏT qatılmadığı prosesə cəlb oluna bilməz və o, iki ölkənin mövqeyinə hörmətlə yanaşır. Yəni icraçı sədr nəinki həyasız tayfanı başından edib, eyni zamanda, bu mövzuda Azərbaycanla anlaşmağın vacibliyinə işarə vurub.

“Belə bir cavabla ATƏT sədri birbaşa quruma aid sualdan yayınmaqla yanaşı, Minsk Qrupunu da dəfn etmiş oldu”, – erməni mətbuatı narazı şəkildə qeyd edib.

Sanki başqa cür olmalı imiş. Guya Minsk Qrupu (MQ) hələ “sağ” imiş.

Əlbəttə ki, cənab Borqun “Qarabağa qaçqınları”nln bir qrupunu qəbul etməməsi də öz sözünü deyib və hayları bərk qəzəbləndirib...

Deyəsən radikal-revanşist ünsürlərə indi-indi çatır ki, üzdəniraq Minsk Qrupu çoxdan gorbagor olub. Azərbaycan torpaqlarının işğalda qalmasının simvollarından biri kimi.

Məntiqlə də əgər işğal və münaqişə bitibsə, siyasi-diplomatik meydanda MQ adında “vasitəçi” qurum qala bilərdimi? Əsla. O da ola illər boyu (1992-2020) özünü faş və ifşa etmiş bir “vasitəçi”.

“Biz bilirik ki, hər iki ölkə məsələləri ikitərəfli qaydada həll etməyə üstünlük verir. ATƏT olaraq bunu dəstəkləyirik”. Bunu da təşkilat sədri Ermənistan XİN başçısı Ararat Mirzəyanla keçirdiyi brifinqdə söyləyib...

İş də ondadır ki, 26 il (!) ərzində keçmiş Dağlıq Qarabağ konfliktini ədalətli prinsiplər və beynəlxalq hüquq normaları əsasında, BMT TŞ-nin Qarabağa dair 4 məlum qətnaməsinə uyğun nizamlamaq əvəzinə, təcavüzkar Ermənistanın sözü və şərti ilə oturub-duran, Bakını isə faktiki işğalla barışdırmağa çalışan MQ-nin yeri 44 günlük Vətən savaşından sonra harda olmalı idi isə, ora da oldu – tarixin zibilliyi.

Odur ki, ermənilər öz “timsah göz yaşları” ilə daha kimisə kövrəldə və ya təəccübləndirə bilməzlər. Minsk Qrupu qatarı da, “miatsum” qatarı və onunla birgə “status” vaqonu da 3 il yardımdır gedib. Geridönməz şəkildə.

Qarabağ erməniləri isə geri qayıda bilər. Ancaq Azərbaycanın bayrağını, konstitusiyasını qeyd-şərtsiz qəbullanacaqları, tövbə edəcəkləri halda. Ondan sonra “böyük amnistiya”ya düşə bilənlər əfv olunacaq, hərbi cinayətlər törədənlər isə layiqli cəzalarını alıb həbsə göndəriləcəklər.

Di, qərarınızı verin. Gözləyirik. ATƏT sədindənsə Bakıya məktub yazmaq lazımdır. Tövbə məktubları...

Siyasət şöbəsi 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR