İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərdən yeni təxribatlar: Xocavənddə “PUA emalatxanası” açılıb

1224 15.11.2022 09:20 Gündəm A A

Fransızlar separatçılara kömək edir; ehtiyatda olan polkovnikdən “təcili qəti addımlar atılmalıdır” çağırışı

Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb. Layihə özünü “Xocavəndlə qardaşlaşmış şəhər” elan edən, Fransanın paytaxtı Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, oyuncaq qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqramında yazıb. Erməni mətbuatının xəbərinə görə,  eyni gündə Xankəndidə “ARMAT” emalatxanalarının sərgisi keçirilib. Xəbərdə 24 “Armat”da artıq 600-ə yaxın tələbənin  praktiki texnoloji təhsil aldığı vurğulanır.

Separatçı ermənilərin Xocavəndə təxribatları bununla bitmir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xocavənd Azərbaycanın ərazisidir. Azərbaycanın öz ərazisində bu cür qanunsuz hərəkətlərin qarşısını almaq hüququ var. Bakı hansı addımları ata bilər? Məsələn, həmin emalatxanalara zərbə endirilə bilərmi və ya endirilməlidirmi?

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Qarabağdakı separatçı terrorçu rejimin təxribatları son vaxtlar yenidən baş qaldırıb. Ard-arda müxtəlif formalı təxribatlar törədirlər. Azərbaycan ərazisi olan Xocavənddə PUA emalatxanası açmaları da təxribatdır, qanunsuzluqldur. Eyni zamanda Azərbaycan Ordusunun bölmələrinin atəşə tutulması da ermənilərin təxribatlarının davam edəcəyinə əminlik yaradır: “Son bir ayda Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Ermənistana, ermənilərə havadarlıq eləyən dövlətlərə mesajlarını verib. Prezident Azərbaycanın səbirinin hüdudsuz olmadığını və qəti tədbirlərə əl atılacağı xəbərdarlığını da edib. Belə görünür ki, Ermənistan nə bu xəbərdarlıqlardan nəticə çıxarmayıb, nə də 10 noyabr üçtərəfli bəyanatının tələblərini yerinə yetirmək fikrində deyil. Ermənistan sülh sazişinin hazırlanması və imzalanması məsələsini arxa plana keçirməklə məşğuldur. Qarabağda son vaxtlar ard-arda təxribatların həyata keçirilməsi, separatçılara silah daşınması, indi də PUA emalatxanası məsələsinin ortaya çıxması ermənilərin sülh istəmədiyinə əminlik yaradır. Qarabağdakı quldur rejim öz davranışları ilə antiterror əməliyyatını yaxınlaşdırırlar, qaçılmaz edirlər”.

Hərbi ekspert qeyd etdi ki, erməniləri arxayınlaşdıran və qudurdan bölgədə yerləşən Rusiya sülhməramlılarıdır: “Sülhməramlılıar faktiki olaraq öz üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Onların hərbi avtomobilləri ilə Ermənistandan Qarabağdakı ermənilərə silah-sursat daşınır. Onların nəzarət zonasında silahlı ermənilər açıq-aşkar təxribatlarla məşğuldurlar. Onların gözləri qarşısında Azərbaycan Ordusunun hərbçiləri atəşə tutulur. Belə davam etsə, Azərbaycan sülhməramlıların sülhməramlı missiyanı yerinə yetirə bilmədiklərini əsas götürə və onların ərazimizdən çıxması məsələsini qaldıra bilər. Azərbaycanın buna tam hüququ çatır. Azərbaycanın buna da tam hüququ çatır ki, dünya tərəfindən tanınan ərazisində terrorçu, separatçı qrupları zərərsizləşdirmək istiqamətində addımlar atsın. Xocavənddə qurulan PUA emalatxanalarının sıradan çıxarılması üçün zərbə endirilməsi də mümkündür və lazımdır. Biz vaxtında bunu etməsək, sabah zərərini görə bilərik. Azərbaycan Ordusu, Azərbaycanın təhlükəsizlik orqanları, güc strukturları təcili tədbirlər görməlidir. Azərbaycan rus sülhməramlı qüvvələrinə həmin emalatxanaların ləğv edilməsi üçün vaxt verməlidir. Həmçinin ermənilərə Azərbaycan qanunlarına tabe olmaları üçün vaxt verilməlidir. Verilən vaxtda irəli sürülən tələblər yerinə yetirilməyəcəksə, güc strukturlarımız hərəkətə keçməlidir, antiterror əməliyyatı keçirməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR