İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərdən yeni fitnəkarlıq: sərhəddə TIR-ların sayı artdı

1592 04.08.2023 14:00 Gündəm A A

Yanacaq “tapmayan” “Şeytan yuvası”ndan isə Laçın postuna doğru avtoyürüş hazırlığı gedir...

Ermənistanın sərhəddə Azərbaycana “humanitar yardım” adı ilə basqısı davam edir. Hərçənd bu siyasi şounu artıq fiasko saymaq olar. Maraqlıdır ki, uzun sükutdan sonra Rusiya, nəhayət, məsələyə münasibət bildirib. XİN sözçüsü Mariya Zaxarova humanitar yükün Azərbaycanla razılaşdırılmadığını bildirərək, faktiki Bakının mövqeyinə haqq qazandırıb.

Bu arada məlum olub ki, Ermənistan 9 gündür sərhədimizdə gözləyən 19 TIR-ı geri çəkmək əvəzinə, onların sayını artırmaq qərarına gəlib. Bu haqda erməni mediası məlumat yayıb. Bildirilib ki, Qarabağdakı erməni uşaqlara yardım məqsədilə iki yük maşını şirniyyat hazırlanıb. “Yardım maşınları Kornidzorda gözləyən humanitar yük karvanına qoşulacaq”, - məlumatda bildirilib.

Bu da, sözsüz ki, Ermənistanın humanitar şounu davam etdirməyə və vəziyyəti daha da gərginləşdirməyə çalışdığını göstərir. Ermənistan baş naziri Nikol Paşinyan isə hökumətin iclası zamanı deyib ki, sülhməramlılar İlham Əliyevin dəhlizin bağlanmaması ilə bağlı bəyanatına cavab verməlidirlər. O bildirib ki, Laçın dəhlizindəki vəziyyətlə bağlı rus sülhməramlılarının izahatlarını dinləmək lazımdır: “Azərbaycan Prezidentinin ”Euronews" telekanalının efirində Laçın dəhlizinin bağlanmaması ilə bağlı bəyanatından sonra Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin izahatını dinləmək lazımdır. Ermənistandan göndərilən humanitar yüklərin Ermənistana keçirilməsini niyə təmin etmirlər?"

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib ki, Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir.

Qeyd olunub ki, Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri  idi” Pravda.az

Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Qarabağdakı ermənilərə Laçın yolundan istifadə etməklə yük daşımaları adı altında silah-sursat, texnikanın daşınması prosesinin qarşısı alındıqdan sonra Ermənistan tərəfi daha da aqressivləşib. Ekspertin fikrincə, bu, gözlənilən idi: “Azərbaycan Laçında sərhəd-keçid məntəqəsi qurduqdan sonra ermənilərin Azərbaycana qarşı təxribatlar edəcəyi, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışacağı bəlli idi.

“Humanitar yardım”lar Qarabağda satışa çıxarılırdı. Dələduz iş adamları, separatçı rejimin rəhbərləri vəziyyətdən sui-istifadə edərək qazanc əldə edirdilər. Bunun qarşısı alındığı üçün onlar aqressivləşiblər. Əgər Qarabağda yaşayan ermənilərin həqiqətən də humanitar yardıma ehtiyacı varsa, Azərbaycan bunun üçün də təkliflər verib - Ağdamda, yaxud Əsgəranda böyük baza tikilə bilər, qida məhsulları və s. buradan daşına bilər. Bu təklifə də razılıq vermirlər.

Onların məqsədi manipulyasiya etməkdir. 30 illik işğala son qoyulub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, nəzarəti ələ keçirib. 10 noyabr bəyannaməsindən sonra Naxçıvana yolun açılması ilə bağlı razılaşma əldə olunub. Naxçıvan əhalisi, demək olar ki, blokadadır. Onlara da rahat gediş-gəliş üçün imkan yaratmaq lazımdır. Beynəlxalq qurumlar isə buna göz yumurlar. İkili standartlarla yanaşma olduğu müddətdə problemlər həllini tapmayacaq".

Ekspert hesab edir ki, yük maşınlarının buraxılmaması təxribatı Rusiya ilə münasibətlərin pozulmasına hesablanıb: “Yük maşınlarının buraxılmayacağını bilən qüvvələr var idi ki, Rusiya ilə münasibətlərdə soyuqluq yaranacağını bilirdilər. TIR-lara Laçından keçib getməyə imkan vermək olmaz”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR