İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər yenə “şirə”yə yığışır – 20 minlik “artsax”da 50 minlik mitinq?

5744 30.10.2022 16:49 Yazarlar A A

Ermənistan rəhbərliyi quyruğu yanmış siçan təki, çarəsiz şəkildə ora-bura vurnuxmağa davam edir. Hər yerə əl atır, az qala hamıya ağız açır. “Tutar - qatıq, tutmaz – ayran” ümidi ilə. Gəl ki, uğur yan qaçır. Ya üz tutduğu ünvanlardan əli ətəyindən uzun geri dönür, ya da əli-ağzını yandırır. KTMT-nin srağagünkü sammitində üzləşdiyi rüsvayçı durum kimi.

Amma yenə sülənməyindən qalmır. Məlum heyvanın balası dadlı şeylər xoşladığı kimi, o da qabağına kim daha ləzzətli nəsə atır, onun yanına qaçır. Təki Ermənistan adlı qondarma, baş tutmamış, hamını bezdirmiş bir dövlət ondan gözlənilən əsas şeydən – sülh müqaviləsi imzalamaqdan yayınsın...

İndi də ermənilər Putinin “Valday” Diskussiya Klubundakı məlum çıxışından ruhlanıb, vəcdə və... “şirəyə” gəliblər. Axı rus onlara “dadlı şey” təklif edir – uzaq perspektivdə də olsa, Qarabağ ermənilərinə status. Bir şərtlə: İrəvan ABŞ-ın, Avropanın felinə uyub onların dalınca getməsin, “Sem dayı”nln dediyi ilə oturub-durmasın.

Artıq fitil yandırılıb. Haylar, revanşist tör-töküntüləri bu gün – oktyabrın 30-da “Şeytan yuvası” Xankəndində “öz müqəddəratı təyinetmə” tələbi ilə mitinq planlaşdırırlar.

“Oktyabrın 30-da “artsax”da keçiriləcək mitinq çox vacibdir. Ümid edirəm, 50 mindən çox adam toplanacaq. Çıxışçılar açıq və səmimi olacaqlar. Məhz bu gün “artsax xalqı” öz müqəddəratını təyin etmək məsələsində sarsılmaz və ardıcıl olduğunu dünyaya göstərəcək, Azərbaycanın tərkib hissəsi olmayacağını qətiyyətlə bəyan edəcək. Ermənistan da “artsax”a öz dəstəyini əsirgəməmildir”.

Separatçılara ünvanlı bu sentimental çağırışın müəllifi Qarabağ klanının hakimiyyəti dönəmində uzun illər Ermənistanın xarici işlər naziri işləmiş Vardan Oskanyandır.

Mənsub olduğu kriminal komandası ilə öz bədbəxt xalqını indiki acınacaqlı vəziyyətə tuş elədiyi üçün gizlənmək, utanıb-yerə girmək, ayıbına kor olmaq əvəzinə, gör nə çərənləyir bu məxluq. Özü də deyəsən fil qulağındakı yuxusundan təzəcə ayılıb. Yoxsa xəbəri olardı ki, rus hərbçilərinin müvəqqəti nəzarətində olan ərazimizdə indi heç 20 min erməni qalmayıb – uşaqlı, qocalı. Və o da qulağına çatardı ki, iki ildir anklavdan gedən ermənilər ora gələn ermənilərdən sayca çoxluq təşkil edir. 50 min haradan toplanacaq sənin üçün?! 20 min əhali olan bölgədə 50 minlik mitinq mümkünmü?

“Şeytan yuvası”ndan qaçanlar qaçıb, - düz də edib, - qaçmayanları da ki, ruslar və oliqarx Ruben Vardanyan kimilər birtəhər, zorla saxlamağa çalışırlar. Qabaqlarına “ləzzətli tikələr” atmaqla. Amma nə vaxtadək? Bir gün kökə də, tikə də, onları paylayanın səbri və pulu da bitməyəcəkmi?

Bitəcək. Uzağı 2025-ci ilədək. “Uzağı” ona görə yazdıq ki, özlərini yaxşı aparmasalar, “qırmızı xətləri”mizi tez-tez tapdasalar, Azərbaycan dövlətini saymasalar, Rusiya hərbi kontingenti vaxtından əvvəl evinə qaytarıla, silahlı quldurların son qalası 2025-ədək də darmadağın edilə bilər.

Ondan sonra separatçı ünsürlərin və onların 34 ildir girov saxladığı 3-5 mülki erməninin halına baxacağıq. Mitinqlərlə, “timsah göz yaşları” ilə dünyanı kövrəldib ağlatmaq və aldatmaq zamanı keçib, cənab haylar! Yaxanızı boşuna cırmayın...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR