İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər üçün “qaynar xətt” - Xəttimiz həmişə açıq olmayacaq!

1836 17.12.2022 14:13 Yazarlar A A

Bədxah qonşuların Laçın yolundakı dinc aksiya ilə bağlı isterikası, iftira və qara yaxma kampaniyası səngimir. Qarabağ ermənilərinə humanitar yardım, barışıq və dialoqla bağlı Azərbaycandan həm də rəsmi səviyyədə səslənən çağırışlar, bu çağırışlara anklavdakı sıravi ermənilərdən gələn müsbət reaksiyalar radikal-daşnak ünsürləri bir az da qəzəbləndirib, özündən çıxarıb.

Ancaq bunlar mənasız cəhdlərdir. Separatçı-revanşistlərin “bazarı”nın həmişəlik bağlanacağı gün çox uzaqda deyil. Sağdan-soldan hürüşmə səslərinə rəğmən, proses yavaş-yavaş da olsa öz məntiqi sonluğuna doğru gedir...

“İndi də bizə təklif olunur ki, onlarla (azərbaycanlılarla – Z.S.) əlaqələr quraq. Ancaq bu mümkünsüzdür! Çünki aramızda sivilizasiya uçurumu var! Biz bütün dünyanın tanıdığı kimi, qurucu xalqıq. Onlar (azərbaycanlılar – Z.S.) isə köçəri, barbarlardır. Onlara yalnız hər şeyi məhv etmək və yadlara məxsus olanları mənimsəmək xasdır”.

Bu sitat nə qədər heyrətamiz də olsa erməniyə, barışıq əli uzatdığımız millətin təmsilçisinə məxsusdur. Ambartsum K. adlı zat Armenianreport.com-dakı məqaləsində yazıb bu sərsəmləməni.

Adamın əli üzündə qalır. Sırtıqlığın bu dərəcəsi yəni?

Kimdir sivil, qurucu xalq? Nəfəsi belə yalandan gedib gələn ermənilər - Qafqaz qaraçıları? Soyadlarımızı, yeməklərimizi, musiqimizi, mədəni-tarixi-memarlıq abidələrimizi, xalçalarımızı, nəhayət, torpağımızı, az qala hər şeyimizi dədə malı kimi oğurlayıb üstündə oturan, öz adına çıxan, qədim yurd yerlərimizin adlarını saxtalaşdıran, əlifbası belə oğurluq erməni etnosumu? Özünə mifik qəhrəmanlıq tarixi uyduran bir millətmi? “Ermənilər öz tarixlərinə görə tarixə yox, tarixçilərə borcludur”. Bunu ki, məşhur rus tarixçilərindən biri deyib.

Kimdir mədəni xalq? Əsrlər boyu edilən yaxşılığa pisliklə cavab verən, öz xilaskarına nankorluq edib arxadan bıçaq saplayan, çörəyi dizi üstündə olan, 30 ilik işğal dövründə şəhər-qəsəbələrimizin hamısının altını üstünə çevirən, məscidlərimizi yerlə-yeksan edən, “Allah evi”ndə donuz saxlayan vəhşi bir qəbiləmi? Özlərini ilk xristianlar adlandırsalar da, harada dib salsalar, orda fitnə-fəsad yayan şeytani bir toplummu? Bütün dünya sizi məhz bu cür tanıyır axı, nəinki qurucu xalq olaraq!

Sonra. Sizin minnətiniz olsun ki, Azərbaycan xalqı ona qarşı törətdiyiniz bunca cinayətlərdən, soyqırımlardan, etnik təmizləmələrdən, insanlığa sığmayan barbarlıq və şərəfsizliklərdən sonra da böyüklük göstərir, barışıq təklif edir sizə, aradakı düşmənçilik səhifəsini qapatmaq istəyir. Çünki sizdən fərqli olaraq biz həqiqətən nəcib xalqıq, cılız, içi paxır bağlayan, məfkurəsi faşizmdən yoğurulan xain və xəbis toplum yox.

İşə bax, tarix boyu yad etnoslara məxsus olanı oğurlayıb utanmazcasına öz adına çıxan bunlar, amma adlarını hələ də başqalarına qoymaq kimi murdar xislətlərindən əl çəkmirlər. Görəsən Qarabağdakı alban kilsələrini kim erməniləşdirib, yadplanetlilərmi? “Qarabağ” xalis türk sözü, Qarabağ diyarı adı üstündə, yəni torpağın kimə məxsusluğunu isbatlamağa ehtiyac yox! Tarixçilərə görə, heç “arsaq” sözü də erməni yox, türk mənşəlidir. “ər” – “kişi”, “ərən”, “saq” isə Qarabağda yaşamış türk tayfalarından birinin adıdır.

O zaman kirimişcə oturub abrınıza kor olun barı! Əgər “abır”, “həya” adında sizdə nəsə qalıbsa təbii ki. Ondansa heç olmasa, Qarabağda girov saxladığınız bədbəxt soydaşlarınıza öz başlarına çarə qılmağa əngəl olmayın. Ki, cəmiyyətimizə inteqrasiya olunub “izqoy” durumdan qurtula bilsinlər. Onsuz da gec-tez bu baş verəcək. Proses işə düşüb. Qarabağ erməniləri üçün yaratdığımız “qaynar xətt” və bu xətlə ünsiyyətə çıxan ermənilərin sayının get-gedə artması artıq çox şeyi deyir.

Ən ağıllı ermənilər də elə onlardır. Yerdə qalanlar da tələssinlər. Zira, xeyirxahlıq qapımız, xəttimiz həmişə açıq olmayacaq...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR