İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənilər Qarabağda yeni tarix yaratmaq istəyirdilər, lakin..."

530 06.03.2024 17:52 Siyasət A A

 

“Bu gün sökülən binaların “mədəni irsə” heç bir aidiyyəti yoxdur. Onlar süni surətdə ermənilər tərəfindən “qədimi tarix” yaratmağın nəticəsində inşa olunub. Dünyanın heç bir yerində separatçı rejim ləğv edildikdən sonra separatçılığın simvolları qorunub saxlanmır”.

Bu fikirləri Musavat.com-a millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Xankəndidə sökülən binalar separatçı rejimin atributlarından idi: “Xankəndinin tarixi simasını dəyişib azərbaycanlıların izini silərək onun yerinə erməni izi yaratmaq cəhdləri var idi. Bu baxımdan atılan addımlar düzgündür. Bir müddət əvvəl Cəbrayılda zövqsüz kilsə tikmişdilər. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin bina söküldü. Çünki tarixən orada xristianlar yaşamayıb.

Eyni zamanda ermənilər 30 illik işğal dövründə Azərbaycanın tarixi-mədəni irsini dağıtmalarını ört-basdır etməyə çalışırlar. Həmin ərazidə olan 67 məsciddən 65-i dağıdılıb. Şəhərlər, kəndlər viran qoyulub. Kitabxanalar, məktəblər, xəstəxanalar, muzeylər məhv edilib. Mədəni irs nümunələrimiz xarici ölkələrə erməni mədəniyyətinə aid nümunələr kimi satılıb. Hətta qədim Şuşa şəhərində Azərbaycan məscidini farslaşdırmaq üçün İrandan dizaynerlər və inşaatçılar gətirilmişdi. Onların mədəniyyətə münasibətdə barbarlığı cinayətdir. Azərbaycan isə tarixini bərpa etmək istəyir.

Bu gün nə Xankəndi, nə də başqa şəhərlərdə ermənilərin yaşadığı evlər sökülməyib, heç kəsə verilməyib, Azərbaycan polisi tərəfindən qorunur. Buna görə də ermənilərin azərbaycanlıların öz hüquqlarını bərpa etməsinə dair qaldırdıqları hay-küyün heç bir əsası yoxdur. Bununla ermənilər dünya ictimaiyyətində Azərbaycanla bağlı yalan təəssürat yaratmağa çalışırlar. Ancaq unudurlar ki, dövr dəyişib. Azərbaycan artıq güclüdür, öz hüquqlarını qoruya bilir, mədəni sərvətinə sahib çıxa bilir. Erməni millətçilərinin bu məsələyə müdaxiləsinə heç zaman icazə verilməyəcək”. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR