İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qarabağda ruslarla birgə yeni plan hazırlayır - Ədalət Verdiyevlə "Canlı debat"

4131 12.04.2022 13:35 Gündəm A A

Aprelin 10-da Rusiyanın Qarabağdakı "sülhməramlı" adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycan Respublikasının 6 məntəqəsində qanunsuz “seçki” keçirib.

Məlumata görə, Xocavənd rayonunun “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, həmin rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, “Norşen” –Günəşli və Sos kəndlərində, həmçinin Tərtər rayonunun “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə "səs" verilib.

Separatçı-kriminal xuntanın qanunsuz "seçki" komissiyasının məlumatına görə, "seçici"lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib.

Aydındır ki, ermənilər bu saxta seçkisinin öz daxilıərində belə heç bir hüququ statusu yoxdur. Ermənilər bu seçki oyununda məqsədləri guya öz talelərini özlərinin""həll etdiyi" , burada məskunlaşmanın getdiyi rəyini yaratmaq istəyirlər. Daha bir məqsəd isə Qarabağda yeni, daha miqyaslı seçkilər keçirə biləcəklərinin anonsunu vermiş olurlar. Nəhayət, ermənilər sülhməramlıların onların yanında olduğunu, qanunsuz və oyuncaq seçki oyunlarına göz yumruqlarını göstərmək istədilər. Məntəqələrə bir iki qutu qoyub seçki oyunu qurmaq olsa da, bu cür addımlar Azərbaycana qarşı olmaqla yanaşı, vəziyyətin gərginləşməsinə rəvac verir. Rusiya sülhməramlıların birbaşa vəzifəsi isə bu kimi halların qarşısını almaq üçün görəvləndiriblər. Onlar isə bu qanunsuzluğun qarşısını almırlar.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də "Canlı debat"da hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:


Youtube səhifəsinin ünvanı:


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR