İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər indi də dilənçiliyə başladı - Xankəndidə ...

3073 26.09.2023 12:40 Son xəbər A A

Xəbər verdiyimiz kimi, dünən Xankəndidə 100 tonluq yanacaq çəni partlayıb. 

Musavat.com xəbər verir ki, son məlumatlara görə, yaralıların sayı 290 nəfərə çatıb. Ölənlərin sayı isə 20 nəfərdir. 

Erməni teleqram kanallarında yayılan son məlumatlara görə, Xankəndidə yaşayan Qarabağ erməniləri yaralılar üçün pul toplamağa başlayıb. Sözügedən məsələ ilə bağlı bank hesabları yaradılıb. Həmin yardım kampaniyasına VIVA fondunun təşkilatçılıq etdiyi bildirilir.

Qeyd edək ki, hadisədən dərhal sonra Azərbaycanın mərkəzi hakimiyyəti də Xankəndi şəhərinə tibbi yardım göndərib. Dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb. Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.

Musavat.com




 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR