İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər HƏDDİ aşdı! “Laçın” postunu dağıda bilərik... - CANLI

2302 04.08.2023 16:04 Gündəm A A

Rusiyada yaşayan erməni eksperti Azərbaycanı təhdid edən cəfəng ifadələr işlədib. Leonid Nersisyan başından böyük danışaraq deyib ki, “Laçın” postunu dağıda bilərik. Amma etiraf edib ki, bundan sonra Ermənistanın və Qarabağ ermənilərinin başına gələcəkləri düşünmək lazımdır. Yəni Nersisyan qanır ki, bu təxribata gedilsə, Qarabağda əli silahlı bir erməni qalmaz, ruslar onların meyitlərini maşın-maşın Ermənistana daşıyarlar.

Separatçı Samvel Babayan Qarabağda Paşinyanın əsas ruporuna çevrilib. “Joxovurd” qəzeti yazıb. “Artıq uzun müddətdir ki, o, Paşinyanın təbliğatçı tezislərini təşviq edir və erməniləri inandırmağa çalışır ki, Ağdam yolundan istifadə etmək lazımdır. Yükləri bu yolla daşımaq, Azərbaycanla dialoq qurmaq lazımdır”, - deyə nəşr yazıb. Nəşr qeyd edir ki, S.Babayan separatçıların mövqeyinin əksinə olaraq Azərbaycanla inteqrasiya prosesinin başlanmasına çalışır.

Araik Arutyunyan Ağdam yolu ilə bağlı təklifi qəbul etdiyinə dair ərizəni ləğv etmək istəyir. Erməni bloger Mikael Badalyan deyib. O, dünən separatçıların rəhbərinin əslində Nikol Paşinyanla birlikdə Qarabağ ermənilərinə oyun qurduğunu, “humanitar fəlakət” şousunun da bu oyunun bir parçası olduğunu açıqlamışdı. Həmçinin Arutyunyanın bu gün mətbuat konfransı keçirərək başqa çarələrinin qalmadığını, Ağdam vasitəsilə Qarabağa humanitar yüklərin daşınmasına dair Bakının təklifini qəbul etdiyini açıqlayacağını bildirmişdi.

Bloger bu addımla Qarabağdakı erməni əhalinin Azərbaycana reinteqrasiyasının sürətlənəcəyini, lakin Araikin qərarını dəyişdirə biləcəyini söyləyib. O, separatçı liderin hazırda ərizəni ləğv etmək niyyətində olduğunu deyir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımında “Həftə içi”nin qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə gündəmi dəyərləndiririk.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR