İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Əskiparanı boşaltmağa hazırdır?

1187 16.03.2024 23:30 Gündəm A A

 

Kənd sakinlər Paşinyanın  gəlişini və izahatını gözləyirlər

Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədin delimitasiyasına Tavuş bölgəsindən başlanmasının mümkünlüyü  haqda bəyanatı bəzi sərhədyanı erməni kəndlərində təşviş yaradıb.  Ermənilər narahatdırlar ki, delimitasiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri onlara yaxın ərazidə yerləşdirilə bilər.

Yada salaq ki, həftənin əvvəlində  Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanla sərhədlərin delimitasiyası barədə yeni məlumat açıqlayıb. Paşinyan delimitasiyanın Tavuş bölgəsindən başlayacağını istisna etmədiyini deyib. O, mövqeyini bildirərkən “delimitasiya prosesi çətin olan” ərazilər konteksti fonunda Tavuş vilayətinin adını çəkib. Qeyd edək ki,  Tavuş bölgəsinin sərhədlərini Qazax, Tovuz və Gədəbəy rayonları əhatə edir.   

 Paşinyan  mətbuat konfransında onu da deyib ki,  Tavuş rayonunun Voskepar(tarixi adı Əskipara)  kəndi yaxınlığında keçən yeni İrəvan-Tiflis yol çəkilə bilər. Baş nazirin bəyanatı isə kənd sakinlərini ciddi şəkildə narahat edib, onlar Paşinyanın  gəlişini və izahatlarını gözləyirlər.

“Sputnik-Armenia” yazır ki, ermənilər kamera qarşısında danışmaqdan qorxurlar. Kənd sakinləri deyirlər ki, “Azərbaycan indi 4 kəndi geri istəyir, sabah daha çox tələb edəcək”. Ermənilər iddia edir ki, “əgər Voskeparı itirsələr, ondan uzaqda Lorut, Şamut dağları  sərhəd bölgələrinə çevriləcək”.

eskipara.png (818 KB)

 Əskipara  əhalisinin ağsaqallı İşxan Ağbalyan  Paşinyanın bəyanatından sonra onları nə gözlədiyini bilmir: "Baş nazirin çıxışını eşitdim, lakin bütün bunlar ətraflı izahat tələb edir. Bizə izahat verilməlidir ki, nə köçürüləcək, nə qalacaq, Azərbaycan ordusu nə qədər irəliləyəcək...”  Onlar Paşinyanın  Tavuş bölgəsinə gələrək yerli sakinlərlə görüşmək vədinə inanırlar və ümid edirlər ki,  narahat edən suallara cavab tapacaqlar.  "Ermənistanda bu ərazinin verilməsinin nə ilə nəticələnəcəyini bilməyən yoxdur. Mən hesab edirəm ki, ərazilərin mübadiləsi ən düzgün yoldur. Azərbaycan ərazimizin əhəmiyyətli sahələrinə zatən nəzarət edir. Bu, Tavuş və xüsusən də Voskepara üçün ən yaxşı variantdır”, - deyə Ağbalyan bildirib.

Sakinlərdən biri bildirib ki, bir neçə gün əvvəl dövlət məmurları gəlib yolun problemli hissəsini dronlala çəkiblər.

traktor .png (879 KB)

Delimitasiya sovet sərhədləri ilə müəyyənləşərsə,   təkcə  Əskipara  kəndi deyil, Kirants kəndi də problemlə üzləşə bilər. Çünki kəndin girişindəki körpü də keçmiş sərhəddə yerləşir. Google xəritəsinə görə də körpünün qərbi Azərbaycan torpaqlar kimi  göstərilir. Körpünün şərqində yerləşən hissə isə Ermənistana məxsusdur.“Sputnik-Armenia” yazır ki,  Kirants və  Əskipara  kəndləri arasındakı yolda yeni yol çəkilişi  başlayıb. 

Paşinyanın açıqlamalarına Azərbaycan tərəfinin texniki cavabı müsbət ola bilər, o mənada ki, delimitasiyanın prinsipcə baş nazirin dediyi ərazilərdən başlaması problemli məsələ deyil.

Problem olan odur ki, delimitasiya üzrə siyasi və tarixi yanaşmalar fərqli məntiqlərə söykənir. Ona görə də sərhədlərin necə müəyyən edilib, prosesin yekunlaşdırılması hələ də mürəkkəb mövzu olaraq qalmaqdadır.(oxu.az)

Üstəgəl, Azərbaycan Ermənistanın işğalı altında qalan ərazilərini heç bir halda İrəvanın nəzarətində olan kommunikasiya yolu kimi nəzərdən keçirmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR