İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilər, dayanın!” – Rusiya rəsmisi Paşinyanı HƏDƏLƏDİ – detallar CANLIda

1243 01.12.2023 13:34 Son xəbər A A

Qərbdən, xüsusən də onun Cənubi Qafqazdakı fəaliyyətindən yaxşı heç nə gözləməyə dəyməz. Görürük ki, hazırda Fransa Ermənistana hərbi texnika verir, silah vermək niyyətindədir, Böyük Britaniya ilə də bəzi razılaşmalar var.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.

“Onlar sadəcə yaşamaq üçün pul versəydilər, eybi yox. Amma silah verirlər.

Sual budur: onlar nə üçün silahla təmin edirlər? Qərb bunu regionda eskalasiya və gərginliyi artırmaq üçün edir.

Qərb dünyanın istənilən yerində oxşar ssenarini həyata keçirir. Onlar üçün bu gün Rusiyanın ətrafında yandırmaq istədikləri bir neçə “qaynar nöqtə” var. Son illərdə Ermənistan və Azərbaycan sərhədləri boyunca Qərbin düşməni olan İrandır. Və bu gün Ermənistan vasitəsilə Qərbin Rusiya və İranı müşahidə etmək imkanı var. Ona görə də Ermənistanda ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir. Bu vəziyyətdə Ermənistan Rusiyaya və İrana qarşı alət kimi çıxış edir. Ermənistan üçün Ukrayna ssenarisinin variantı hazırlanır. Ermənilər başa düşməlidirlər ki, onların nə AB ölkələri ilə, nə də Amerika ilə sərhədləri var ki, bir növ bu kartı oynamağa cəhd etsinlər. Sadəcə olaraq bu cür hərəkətləri ilə dövlətlərini böyük təhlükə qarşısında qoyurlar. Onları dərhal dayandırmaq lazımdır”, - o bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı Canlı debat verilişində hərbi ekspert Elxan Şıxəliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR