İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Azərbaycan-İsrail yaxınlaşmasından qorxdular

1303 01.04.2023 13:45 Son xəbər A A

Azərbaycan və İsrail arasında münasibətlərin intensivləşməsi düşmən qonşuda ciddi narahatlıq doğurub.

Musavat.com emrəni mediasına istinadən xəbər verir ki, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanın yerli mətbuata müsahibəsi bunu göstərir.

“Hər halda biz ölkələrlə normal münasibətlər qurmalıyıq. Biz İsraillə bu əlaqələri öz xeyrimizə, öz maraqlarımıza uyğun qurmalıyıq. Bunu etmək olar, əlaqələr qurulmalıdır. Biz boş oturmamalıyıq ki, İsrail Azərbaycanla əlaqələr qurur, yaxşı münasibətlər qurur... neft amili və s.

Aydındır ki, bu, İranın xoşuna gəlməyə bilər, amma İslam Respublikası anlamalıdır ki, İsraildə yaşayan, bizə ehtiyacı olan ermənilər var. Biz ilk növbədə bunu, erməni kimliyini qoruyub saxlamaq istəyirik. Biz bu haqda düşünməliyik. Ermənilər var ki, onların heç bir statusu yoxdur. Orada Ermənistanın xeyrinə fəaliyyətə başlayan çoxlu ermənilər var”, - deyə Smbatyan əlavə edib. Onun sözlərinə görə, İsraillə münasibətlərin inkişafı bütün ölkələrin xeyrinə olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR