İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni yalanlarını necə yandırmalı?

1318 06.12.2022 17:48 Yazarlar A A

Laçın yolunda baş verən son olaydan dolayı ermənilərin xəbis mahiyyətini, Azərbaycan əleyhinə vay-şivənini bir daha hamı gördü. “Soyqırımı” ağlaşması qurub məsələni BMT-yə çıxarmaq tələbindən belə çəkinmədilər bu soysuz köçmənlər, “Qafqaz qaraçıları”.

Əslində nanəcib qonşu ilə bizim ən böyük problemimiz də məhz onun yalanları ilə bağlıdır. Bu, ölkənin iqtisadi gücü, ordu, yaxud manatın kursu məsələsi deyil. Ağıllı, ölçülü-biçili və uzaqgörən diplomatiya, təbliğat-informasiya savaşı işidir. Hətta hərbi qələbədən də vacib fəaliyyət sferasıdır. Ələlxüsus 44 günlük Vətən savaşındakı halal zəfərimizdən sonra.

“Amerika” açmarıq yazsaq ki, iqtidarlı-müxalifətli Ermənistan, erməni lobbisi və erməni katolikosluğu, ümumən dünya erməniliyi 3-cü ildir hər şeyi edir ki, hərbi qələbəmizi maddiləşdirə bilməyək və tarixi zəfərimiz sıfırlansın. İrəvanın sülh müqaviləsindən bacardıqca yayınmasının tək səbəbi bu: vaxtı uzadırlar ki, özləri üçün guya əlverişli şərtlər yetişəcək.

Bundan ötrü Azərbaycana qarşı bütün rıçaqları, şər-böhtan və yalan maşınını, dost-simsar ölkələri dünya boyu hərəkətə keçiriblər. Nədə olmasa da, belə şeylərdə mahirdirlər axı. Əfsus ki, erməni yalanlarına inanan, erməni iftiralarını həvəslə dinləyib onları həqiqət kimi qəbul edən güc mərkəzləri, çevrələr, hətta beynəlxalq təşkilatlar var. Avropa Parlamenti kimi, YUNESKO kimi.

Buna qarşı tək silahımız gerçəyi yorulmadan, səbirlə həmin ünvanlara çatdırmaqdır. Əlbəttə ki, bu iş tək dövlətin, diasporun üstünə atıb arxayınlaşmaq da olmaz. Fərd, siyasi partiya, ictimai birlik, o sırada QHT olaraq bu yöndə hamımız fəal olmalı, gərəkən töhfəni verməliyik. Olduğumuz, yaşadığımız yerdən, tutduğumuz vəzifə və statusdan asılı olmayaraq. Ən önəmlisi, gələcək nəsillərimizin rahat, təhlükəsiz yaşaması naminə. Çünki qarşımızda kapitulyasiyadan sonra da kiriməyən, arxasını çox imkanlı anti-Türk havadarlarına söykəmiş məkrli, abır-həya bilməyən bir düşmən!

“Yalançının evi yandı, amma heç kim inanmadı”. Atalar məsəlimiz tam doğru. Ancaq etiraf edək ki, erməni adlı stajlı yalançının, nəfəsi də yalanla gedib-gələn qövmün “evi”nin yanması üçün hələ çox iş görməliyik. Ali hədəf naminə hamı əlini “daşın altına” qoymağı bacarmalıdır.

Bu mənada Azərbaycan XİN nümayəndə heyətinin az öncə Hindistana, deputat qrupumuzun isə İspaniyaya səfər edib bu iki dövlətin yuxarı hakimiyyət eşelonlarına Qarabağ həqiqətlərini çatdırması təqdirə layiqdir. Çünki son zamanlar həm BMT TŞ-yə potensial namizədlərdən olan Hindistanda, həm də İspaniyada erməni “ağzı” ilə hətərəm-pətərən danışan rəsmilər, deputatlar çoxalıb.

Belə bir deyim də var: “Təhlükəni gözləməkdənsə ona qarşı getmək daha yaxşıdır”. Odur ki, Azərbaycana qarşı “zülmət” dəlmə-deşiklərinin hamısına ləngimədən, bir-bir işıq tutmalı, öz yuvasındaca erməni yalanını faş eləmək üçün gərəkəni eləməliyik. Yoxsa yalanlar bitib-tükənməyəcək. Ən qorxulusu, onlara inanalar artacaq...

Həmin yalanlar seriyasından növbəti birisi.

Bəllidir ki, keçən həftə ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlarda xüsusi elçisi, səfir Filip Riker Bakıda, Tiflisdə və İrəvanda olub. Üç ölkənin rəhbərləri və XİN başçıları ilə görüşüb. Ancaq erməni erməni olmazdı bu səfərlə bağlı da yalan ifraz eləməsəydi.

Söhbət ondan gedir ki, Ermənistan baş nazirinin və XİN-in mətbuat xidmətlərinin həmin görüşlər haqda yaydığı rəsmi məlumatlarda Riker hələ də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi təqdim olunub və üstəlik, iddia edilib ki, onunla “Dağlıq Qarabağ konfliktinin həll yolları müzakirə olunub”.

Amma ABŞ-ın Ermənistandakı səfirliyinin F.Rikerin İrəvan səfəri ilə bağlı dünən yaydığı açıqlamada görün nə deyilir.

Sitat: “Qafqaz danışıqları üzrə baş məsləhətçi, səfir Filipp Riker Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla regiondakı əsas məsələlərin və Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin konstruktiv həlli istiqamətində ABŞ dəstəyini müzakirə edib. Səfir Riker vurğulayıb ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir”.

Hanı indi burada “amerikalı həmsədr”, “Dağlıq Qarabağ” ifadələri? Nə qədər yalan üyütmək olar? Ermənistan rəsmiləri hələ də misilsiz sırtıqlıqla bəyan və israr edirlər ki, Filip Riker məhz Minsk Qrupunun həmsədridir. Bu təxminən ona bənzəyir ki, biri pasportunu göstərib “bu mənim şəklim, adım, soyadım, atamın adı, ünvanım, burada hər şey yazılıb” deyir, amma ona bildirirlər ki, xeyr, yanılırsan, sənin gözünə görünür, belə deyil, sənin gerçək adın və ünvanın biz deyəndir, sən görən yox!

Belə bir saxtakar, yalançı əcdadlarının “irsi”ni uğurla davam etdirən, elementar etika və tərbiyədən uzaq bir hakimiyyətlə Azərbaycan sülh müqaviləsi imzalamalıdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR