İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni vəkil istefa verən naziri ələ saldı

730 14.02.2024 18:29 Region A A

Erməni vəkil Sos Akopyan Vahan Kerobyanın Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən istefası, həmçinin sosial şəbəkədə bu postu tərk etmək qərarını elan etdiyi paylaşımı ilə bağlı yazıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni vəkil keçmiş iqtisadiyyat nazirini ələ salıb.

“Hans Kristian Andersen nağıllar aləmindən ayrılıb”, - status bu cümlə ilə başlayır.

“Aqressiv reeksport dövründə ÜDM artımını yalnız özünüzə və ya işinizə aid etmək üçün çox zəngin təsəvvürə malik olmalısınız. Bu arada, Ermənistanda məhsuldarlığın artması barədə məlumatları verməzdən qabaq bütün informasiyanı çatdırmalı idiniz. Çünki reeksport mövzusu (Qərbin qadağan etdiyi məhsulların Ermənistan vasitəsilə yenidən Rusiyaya ötürülməsi nəzərdə tutulur - red.) əbədi deyil və bir gün biz sadəcə olaraq yenidən əsl iqtisadi potensialımızla üz-üzə qalacağıq”, - deyə Akopyan feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, Vahan Kerobyan Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Kerobyan istefa ərizəsində görülən işlərini qeyd etməyi unutmayıb. Nazir olduğu müddəti rəqəmlərlə təsvir edə Kerobyanın sözlərinə görə, 2023-cü ildə Ermənistanın ÜDM-i 2020-ci illə müqayisədə 100%, dramla 50% artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR