İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni türkoloq: Türkiyə Sünikə xüsusi status verilməsini təklif edib

676 14.03.2024 15:43 Region A A

Türkiyənin iqtidaryönlü “Türkiye” qəzeti Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutan Türkiyə-Ermənistan danışıqlarının maraqlı təfərrüatlarını dərc edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla erməni türkoloq Varuzan Geqamyan şərh yazıb.

“Qəzetin mənbələrinə görə, Serdar Kılıçın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Ermənistan Respublikasının nümayəndələrinə Sünik bölgəsinə (Zəngəzur) “Rusiya ilə bağlı olan Kalininqrad” modelinə görə xüsusi statusun verilməsini təklif edib. Lakin Kalininqradın həm də muxtar vilayət statusu da var.

Şübhə yoxdur ki, Türkiyə-Azərbaycan cütlüyünün əsas hədəfi indi Zəngəzurdur, lakin bu təfərrüatlar türklərin hazırkı taktikasını anlamaq üçün çox vacibdir. Bu xəbər kontekstində “Qərbi Zəngəzur”la bağlı Türkiyə-Azərbaycan təbliğatı aydın olur: yaxın gələcəkdə, yəqin ki, azərbaycanlıların məskunlaşması təmin edildikdən sonra, Zəngəzuru ələ keçirmək üçün buraya Türkiyənin nəzarətində olan xüsusi status təklif olunacaq.

Qəzetin məlumatı doğrudursa, o zaman Ermənistanın de-fakto nümayəndələrinin “daimi təmasları” zamanı Ərdoğanla hansı mövzuda danışıqlar apardığı məlum olur”, - deyə erməni revanşist ekspert yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR