İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni türkoloq: Teq kəndi sərhəd oldu, biz torpaq itirməkdə davam edəcəyik

2272 31.03.2023 00:16 Son xəbər A A

“Təslimçilərin əli ilə Sünikdəki Teq kəndi bu gün tam hüquqlu sərhədə çevrilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan öz Facebook səhifəsində yazıb.

“Biz evlərimizi və torpaqlarımızı itiririk. Milli güc olmadığı müddətcə itirməyə davam edəcəyik”,-deyə o, qeyd edib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın Sünik rayonunun Teq kəndi yaxınlığında bəzi yerlərdə Azərbaycan tərəfinin mühəndis işləri aparmağa başladığını etiraf edib. Ermənistan tərəfinin iddiasına görə, Azərbaycan tərəfi 100-300 metr məsafədə sərhəddən beş nöqtədə irəlidədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR