İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni terrorçuları bu şərtlərimizə uyğun TƏSLİM OLDULAR- 1 günə təmin olunan QƏLƏBƏ

7375 20.09.2023 13:15 Son xəbər A A

 

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Musavat.com bildirir ki, Azərbaycan Prezident Administrasiyası sentyabrın 19-da ermənilərə şərtlərimizi açıqlamışdı.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirmişdi. Qeyd olunmuşdu ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Bildirilirdi ki, əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.

İndi erməni terrorçuları məhz bu şərtlərlə təslim olurlar. Onlar Azərbaycan torpaqlarında qanunsuz əməllər törədə bilməyəcəklərini anladılar və ağ bayraq qaldıraraq təslim oldular.  Erməni terrorçularının dizə gətirilməsi isə Azərbaycan Silahlı Qüvvələri üçün 1 sutkadan da az vaxta başa gəldi.

Bu, Azərbaycanın növbəti qələbəsidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR