İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spiker rəzil durumda: “Bütün vətəndaşlardan üzr istəyirəm, mənə dərs oldu”

2035 06.04.2023 22:33 Son xəbər A A

“Mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəyirəm”.

Musavat.com bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan “Facebook” səhifəsində İrəvandakı “Kaskad”da baş vermiş son insidentə istinad edərək yazıb. O, xüsusilə qeyd edib: “Əziz həmvətənlər, dostlar! Küçədə başıma gələn hadisənin müzakirə olunmağa davam etdiyini nəzərə alaraq, cavab vermək istəyirəm.

Əvvəla, bu günlərdə mənə dəstək olan bütün insanlara təşəkkür edirəm və ölkəmizin üzləşdiyi ciddi problemlərin yanında belə bir adi mövzunun qabardılmasına imkan verməyərək bu söhbəti birdəfəlik bağlamaq istəyirəm. Bəli, demokratiya o deməkdir ki, məmur tənqid oluna bilər və olmalıdır, niyə olmasın, təxribatlar da mümkündür. Bizim vəzifəmiz onlara boyun əymək deyil”.

A.Simonyan əlavə edib: “Üzr istəyirəm ki, mənə ünvanlanan təhqirdən sonra özümü itirmişəm. Əminəm ki, istənilən ləyaqətli erməni belə təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət çəkindirici rol oynamalıdır. Bu, mənim üçün də dərsdir, çünki çox güman ki, mən və komandamızın digər üzvləri gələcəkdə oxşar vəziyyətlərlə üzləşəcəyik. Bu, həm də siyasi müxalifətin öz ritorikasına, şəxsi təhqirlər taktikasına yenidən baxması və sivil müzakirə meydanına qayıtması üçün münasib fürsətdir. Mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm”.

Qeyd edək ki, aprelin 2-də sədr Alen Simonyanla vətəndaş Karen Mkrtçyan arasında insident baş verib və sonuncu Simonyanı görən kimi onu “satqın” adlandırıb. Milli Məclisin sədri təhlükəsizlik əməkdaşlarına Mkrtçyanı tutmağı tapşırıb və o, vətəndaşa yaxınlaşaraq, sonuncunu söyüb, üzünə tüpürərək aşağılayıb. Hadisədən sonra Simonyan öz əməlinə haqq qazandıran bəyanat yayıb.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu hadisə ilə bağlı hakim partiyanı Ermənistan parlamentinin spikeri Alen Simonyanı istefaya göndərməyə çağırmışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR