İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlərin 4 hədəfi – Şuşanın “işğal günü”ndə kimə “xox” gəlirlər?

5006 08.05.2022 15:43 Yazarlar A A

Bu gün düz il yarım öncə azad elədiyimiz Şuşanın keçmiş işğal tarixindən 30 il ötür. Mədəniyyət paytaxtımız hansı möhtəşəm əməliyyat sayəsində, hansı heyrətamiz operativliklə düşmən caynağından qurtulub, bunu artıq hamı, o cümlədən dünyanın hərbi mərkəzləri də bilir. Təkcə mənfur qonşular boyunlarına almaq istəmir.

Erməni başdan xəstələr hələ də özlərinə ürək-dirək verir, ənənəvi həyasızlıqla, burdan-bura gerçəyi kəllə-mayallaq təqdim edirlər. Guya Şuşa əməliyyatla azad olunmayıb, “satqın Paşinyan” onu sadəcə, “nimçədə türklərə hədiyyə edib”.

O Paşinyan ki, “Qarabağ Ermənistandır və nöqtə” söyləmişdi. O Paşinyan ki, onun müdafiə naziri David Tonoyan son ana qədər bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə, “Bakıda çay içməklə, erməni tanklarında Bakıya gəlməklə” hədələyirdi. O zaman niyə də Şuşanı Türkə “bağışlamalı” idilər? Hər şey qırağa, özlərinin rəsmi səviyyədə etiraf elədikləri 10 min erməni fərari hərbçisi necə olsun bəs? Nə səbəbə onlar canlarını götürüb qaçmışdılar?

1641473420_6188a92196ca9.jpg (138 KB)

Əlbəttə, belə nağıllara indi heç erməni xalqı da inanmır. Çünki haylar 44 günlük müharibədə Türk silahının gücünü əyani şəkildə görüb, öz üzərilərində bütün şiddəti ilə hiss ediblər. Çətin ki, bunu tezliklə unutsunlar! Verdiyimiz dərs, qulaqburması o qədər ağrılı, yandırıcı olub ki...

İndi bunların üstündən, 8 may 2022-ci ildə (!) yenə havanı silkələmək, havaya yumruq atmaq, “tezliklə Şuşanı geri qaytaracağıq” kimi xülyaları dilə gətirmək yalnız çiynində baş əvəzinə təzək gəzdirənlərin fantaziyası sayıla bilər. Zira, “artsax” qatarı gedib və bir daha geri dönməyəcək.

O da bir iş idi ki, Azərbaycan xalqı işğala bunca səbir göstərdi. Amma dığalar tam əmin ola bilər: bir daha bu qəbildən erməni hoqqasına, müqəddəs torpaqlarımıza qarşı hər hansı erməni təxribatına zərrəcə dözüm, yumşaqlıq göstərilməyəcək. Anındaca başları əziləcək. Amansızcasına, rəhimsizcəinsə.

indir (1).jpg (601 KB)

Şuşa iştahlarına bax. Onu təzədən “geri qaytaranlara” bax. Boynunuzun arxasını görsəniz, onu da görərsiniz.

Əlbəttə, nə vaxtsa Şuşaya ermənilər gələ bilər. O da turist qismində! O da əgər özlərini ağıllı aparsalar. Ağıllansalar. Əfsus ki, Ermənistanın kapitulyasiyasından il yarım ötsə də, bunu görmürük. Demək ki, xain qonşular Şuşaya turist kimi də həsrət qalacaqlar...

Sırtıqlığın dərəcəsinə baxın, 30 ildə özlərinə dövlət qura bilməyənlər, Ermənistan adlı qotur dövlətilərini bir yerə çıxara bilməyənlər, utanmazcasına hələ də “iki erməni dövləti”ndən, Şuşanı “azad edəcəkləri”ndən dəm vururlar. Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, İrəvandakı etiraz aksiyalarının liderlərindən olan daşnak İşxan Saqatelyan isə mübarizənin 4 hədəfindən danışır. Nə imiş onlar?

İrevanda-etiraz-930x530.jpg (104 KB)

Sitat: “Biz ilk növbədə sabit dövlətə sahib olmaq üçün mübarizə aparırıq. Bunun üçün güclü dövlət idarəçiliyi sistemi lazımdır. İkinci məqsəd - sabit cəmiyyətin mövcudluğudur. Bundan ötrü milli kimliyi, mədəniyyəti, tarixi, kilsəni qoruyub saxlamalıyıq. Üçüncü hədəf ölkənin təhlükəsizliyidir. Bunun üçün güclü ordu, sanballı təhlükəsizlik sistemi lazımdır. Müharibə istəmiriksə, sülh naminə güclü ordumuz və güclü təhlükəsizlik sistemimiz olmalıdır. Dördüncü məqsəd isə güclü iqtisadiyyatdır”.

Yaxşı deyiblər, “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa...”

Bu siyasi şarlatanlar və demaqoqlar yəqin hələ də ermənilərin möcüzəyə inandıqlarını zənn edirlər. Yada salaq: Qarabağ klanının hakimiyyətində daşnaklar da gen bol təmsil olunmuşdular. O zaman nədən 20 ildə güclü iqtisadiyyat, qüdrətli dövlət, məğlubedilməz ordu, möhtəşəm təhlükəsizlik sistemi qura bilmədiniz? Əksinə, Ermənistan məhz həmin dövrdə Rusiyadan tam iqtisadi-hərbi asılılığa, kölə vəziyyətinə düşdü.

Ötə yandan görən kimə “xox” gəlir bu daşnak qırığı? Hədəflərinə bax. 4-ü birinə dəyməz. Çünki sadalananların hamısı Azərbaycan və Türkiyə ilə barışıq olmadan mümkünsüz. Ermənistan müxalifəti isə bu hədəflərə nə qədər əcaib görünsə də, məhz Türkə nifrəti körükləməklə nail olmağı xəyal edir!

Bunlara gerçəkdən, düşmən-zad lazım deyil. Özləri özlərinə bəsdir...

Zahid SƏFƏROĞLU

244463713_177595717774123_7552776594827676083_n.jpg (32 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR