İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist siyasətçi: "Laçın keçid məntəqəsində baş verən həbslər..."

869 29.08.2023 12:18 Siyasət A A

"Qarabağda, Laçın keçid məntəqəsində 3 erməninin həbsi Azərbaycan və Ermənistan arasında Praqa razılaşması çərçivəsində həyata keçirilib."

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia Ermənistanın “Ana Ermənistan” blokunun lideri, revanşist Andranik Tevanyan tərəfindən irəli sürülüb.

“Ermənistanı təmsil edən adam (Paşinyan-red.) Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyanda rəsmi Bakının “Artsax”a (rus sülhməramlılarının nəzarət zonasında ələ də qalan qondarma və oyuncaq rejimə qoyulan uydurma ad-red.) qarşı bütün hərəkətləri mexaniki olaraq Azərbaycanın daxili probleminə çevrilir”, - deyə Tevanyan bildirib.

Tevanyanın fikrincə, problemin həlli hələ də Ermənistandadır. Yəni hazırki baş nazir Nikol Paşinyan istefaya göndərilməlidir.

“Biz İrəvandakı mer seçkilərini də bu aspektdə qiymətləndiririk”, - deyə revanşist siyasətçi vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR