İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist ekspert: “Arutyunyan Paşinyanla əlbirdir”

1117 18.07.2023 19:22 Son xəbər A A

“Araik Arutyunyan və onun komandası Qarabağın indiki ssenariyə mümkün qədər hazırlıqsız olması üçün hər şeyi etdi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri yerli hərbi ekspert Karen Vrtanesyan feysbuk səhifəsində yazıb.

“Mən təəccüblənirəm ki, hələ də Araikin Qarabağın qalan hissəsini qorumaq istədiyini düşünən insanlar var. Qarabağın blokadasının qaçılmazlığı 9 noyabr tarixli üçtərəfli bəyanatın dərcindən dərhal sonra aydın olmuşdu”, - deyə Vrtanesyan bildirib.

Erməni ekspert Araik Arutyunyana yönəlik bəzi ittihamedici suallar da ünvanlayıb:

“Araik “Müdafiə Ordusunun” (qanunsuz silahlı birləşmələr - red.) buraxılmasını niyə gizlətdi? Araik niyə “yeni yola” icazə verdi? Araik niyə Zabux və Laçının təslim edilməsinə razı oldu? Qarabağ ermənilərinin Ermənistandakı Müqavimət Hərəkatının aksiyalarında iştirak etməməsi üçün hər şeyi kim edib? Əsas malların bir neçə illiyə bəs edəcək strateji ehtiyatlarının yaradılması prosesini kim pozdu? Kim mənasız tikinti layihələrinə külli miqdarda pul xərcləməklə məşğul idi? Araiki Nikolla əlbir olduğu barədə danışmağa məcbur edin, sonra isə onu Qarabağın təslim edilməsində əli olmayan biri ilə əvəzləyin”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR