İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist deputat Lukaşenkoya od püskürdü  

1411 25.05.2024 15:09 Dünya A A


Lukaşenkonun Azərbaycanda səsləndirdiyi bəyanatlar Belarus və Ermənistana ciddi ziyan vuran, qəbuledilməz və qəbuledilməzdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Belarus prezidentinin Azərbaycana səfəri fonunda Nikol Paşinyan KTMT-yə üzv olan iki dövlətə qarşı ciddi ittiham irəli sürüb, onları Azərbaycan təcavüz hazırlamaqda və dəstəkləməkdə ittiham edib.

Lukaşenko isə Azərbaycana səfəri zamanı bir sıra şübhəli və anti-erməni bəyanatlar verib, həmçinin İlham Əliyevi bölgənin lideri adlandırıb.

Belarus prezidenti əvvəllər də belə bəyanatlar verirdi, lakin iş bu səviyyəyə çıxmamışdı.

Əgər Ermənistanda mövcud hakimiyyətlə probleminiz varsa, o zaman  bizim xalqlarımıza və ənənəvi əlaqələrimizə xələl gətirməməlisiniz, amma bunun tam əksi baş verir”,-deyə Abramyan yazıb.

Revanşist siyasətçi burada da əsas günahkarın Paşinyan olduğunu vurğulayıb.

“Paşinyanın çıxışında KTMT-də göstərdiyi ikinci hədəf Rusiya Federasiyasıdır, bu mövzu hökumət nümayəndələri tərəfindən müxtəlif kontekstlərdə səslənir və bunun nəticələri uzun müddət hiss olunacaq”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR