İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan Qarabağla bağlı ŞOK AÇIQLAMA

3061 17.05.2023 18:36 Region A A

“Qərb ölkələrinin Laçın dəhlizinin açılması ilə bağlı çağırışları qeyri-səmimidir, çünki blokada zamanı həm Laçının, həm də Qarabağın Azərbaycanın tərkibində olması artıq qərara alınmışdı”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu politoloq Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, Brüsseldəki son görüşdə Praqa görüşündə artıq razılaşdırılan müddəalar təsdiqlənib.

“Burada yeganə əlavə Azərbaycan və Ermənistan ərazisinin konkret rəqəmlərdə göstərilməsi olub. Bu o deməkdir ki, Azərbaycan ekoloqlarının aksiyası başlayanda artıq təslim olmaq məsələsi razılaşdırılıb”, - deyə Bozoyan söyləyib.

Erməni politoloqun fikrincə, Rusiya Qarabağda məsələnin təxirə salınmasında maraqlı olub: “Çünki bu, ona sülhməramlı missiyasını genişləndirmək və müvafiq olaraq Azərbaycana müəyyən təsir göstərmək imkanı verir. Lakin eyni səbəbdən Qərb Qarabağın Bakının nəzarəti altına tezliklə keçməsində maraqlıdır. Belə olan halda sülhməramlı missiyanın uzadılması üçün heç bir əsas olmayacaq və artıq 2025-ci ildə Rusiya ordusu regionu tərk edəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR