İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: "Laçın yolunda baş verənlər Praqa və Vaşinqtondakı proseslərin nəticəsidir"

765 03.02.2023 18:54 Region A A

“Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəni davam etdirəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu siyasi ekspert Beniamin Matevosyan Ermənistan parlamentində “Laçın dəhlizinin bağlanması” ilə bağlı parlament dinləmələri zamanı deyib.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın məntiqi həm Praqa sənədi, həm də Vaşinqton görüşləri çərçivəsində əldə olunan razılaşmalarla faktiki olaraq düzəldilib.

Matevosyan üçtərəfli bəyanatda “Dağlıq Qarabağ”ın statusu ilə bağlı heç bir qeyd-şərt olmadığını deyib.
“Yəni bu məsələnin həlli gələcəyə buraxılacaqdı. Lakin Ermənistan Praqa və Vaşinqtonda apardığı danışıqlar nəticəsində artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu isə o deməkdir ki, Qarabağ mədənləri Azərbaycana məxsusdur və Bakı dəhlizə nəzarət etməlidir”, - deyə politoloq izah edib.
“Ona görə də bu gün Laçın dəhlizində baş verən hadisələr Praqa və Vaşinqtondakı proseslərin nəticəsidir”, - deyə Matevosyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR