İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: Azərbaycan indi iki məqsədə çatmaq istəyir və birinə artıq nail olub

1977 21.01.2023 16:27 Siyasət A A

Azərbaycan indi iki məqsədə nail olmaq istəyir, birinə isə artıq nail olub”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan danışıb.

Erməni politoloqun fikrincə Azərbaycanın həllinə nail olduğu əsas məsələ dəhlizdə keçid məntəqəsinin qoyulmasıdır:

"Bu məsələ rəsmiləşdirilməsə də, reallıqda Laçın dəhlizində artıq adamlar dayanıb. İndi insan və yük daşımağın mümkün olub-olmadığını artıq onlardan soruşulur. Bakı sadəcə bunu rəsmiləşdirmək istəyir.

Bakının ikinci yaxın məqsədi Qarabağ məsələsinin Azərbaycanın daxili məsələsi kimi qeydə alınacağı sülh müqaviləsidir. Bu, sülhməramlıların geri çəkilməsi istiqamətində bir addımdır, çünki Qarabağ daxili məsələdirsə, sülhməramlılar nəyə lazımdır”, - deyə, o əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR