İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ordusunda “Azərbaycan casusu” çaxnaşması – Bir nəfər həbs edildi

1613 25.05.2022 12:22 Region A A

Ermənistan ordusunun hərbi qulluqçusu 200 ABŞ dolları müqabilində “dövlət sirri” təşkil edən məlumatları Feysbuk sosial şəbəkəsi vasitəsilə Azərbaycana ötürüb.

Bu bardə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda adı açıqlanmayan hərbi qulluqçunun həbs edildiyi və casusluqda ittiham edildiyi bildirilib.

Həmin şəxsin Azərbaycana əsasən “hərbi sirlər”i ötürdüyü iddia edilib.

Hərbi qulluqçu “dövlətə xəyanət” ittihamı ilə həbs olunub və barəsində cinayət işi açılıb./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR