İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətçi: Ermənistan hakimiyyəti Laçın dəhlizi məsələsində “dəvəquşu siyasəti” aparır

671 19.01.2023 14:00 Region A A

 

Ermənistan hakimiyyəti Laçın dəhlizi məsələsində “dəvəquşu siyasəti” aparır.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu yanvarın 19-da parlamentdə müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Ayik Mamicanyan bildirib.

Erməni deputatın fikrincə, hazırkı hakimiyyətin danışıqlar prosesi ilə bağlı mövqeyi başa düşülmür. “Mən başa düşə bilmirəm və heç kim mənə izah edə bilməz ki, Moskvada üçtərəfli görüşü boykot etməyin məntiqi nə idi? Əgər hökumət nümayəndələrinin fikrincə, Laçın dəhlizindəki vəziyyətin həllinə Rusiya və Azərbaycan cavabdehdirsə, onda görüşdən və bu məsələni müzakirə etməkdən imtina etmək nəyə lazım idi?”,-deyə Mamicanyan qeyd edib.

Onun sözlərinə görə, rəsmi İrəvanın mövqeyi başını quma basdıraraq təhlükəsiz olduğunu, bədəninin qalan hissəsi isə qorunmadığını  düşünən dəvəquşuların hərəkətlərini xatırladıb, “Hökumət orqanları da belədir. Onlar öz mövqelərini və vəzifələrini qorumağa çalışırlar, qalan hər şeyi müdafiəsiz qoyurlar”, - deyə müxalifətçi vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR