İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni köçü?”- Belə köçə qarşıyam!

6939 22.08.2023 12:20 Yazarlar A A

Reallıq budur ki, bizim arzumuza rəğmən ermənilər Qarabağdan hələ köçmür. Həm köç, həm qaçqınlıq görən biri kimi deyirəm: nə köç belə olur, nə məcburu köçkünlük.

Zatən fotolara da azacıq diqqət yetirmək hər şeyi deyir. Deyim ki, bu xəbərlər 30 il əvvəl olduğu kimi indi də şəxsən mənim kimi yüz minlərlə adamın taleyinə birbaşa təsir edən faktor olaraq qalır. Yəni bu xəbərlər kimin üçünsə adi xəbər, sevindirici xəbər ola bilər, biz isə...

Xalq olaraq Qarabağ bizim ortaq dərdimiz, ortaq sevincimiz, ortaq dəyərimiz olaraq qalır, qalacaq. Yaraları sağaldırıq, şükür ki, yavaş-yavaş o həsrət qaldığımız torpaqlara qayıdırıq. Amma ora getmək, orada yaşamağı arzulasaq da, aydındır ki, hamımız ora sığmarıq. Xankəndi boşalsa, yerimiz daha da genişlənər. Xocalı da, Əsgəran da, Xocavənd də... Yəni öz əzəli torpaqlarına qayıdan, qayıtmağa hazırlaşan və qayıdacağı günü həsrətlə gözləyənlərin biri kimi deyirəm ki, Qarabağdakı torpaqlarımızdan hələ ki, erməni köçü-filan yoxdur. Təəssüf ki, yoxdur! Hələ ki, yoxdur! Üstəlik, az qala hər gün Xankəndinin üstündəki Şuşanın dağlarından “sızıb gələn” xəbərlər də hələ belə bir köçün olmadığını deyir. Axına qoşulub “ura, ermənilər gedirlər” deməkdən asan və ləzzətli nə var, nə ola bilər ki? Amma reallıq hələ ki, belə bir prosesin başlamadığını deyir.

Ermənilər köçəcəklərsə, beləmi gedərlər? Bütün dünyanı Qafanla sərhədə yığıb üstümüzə salmadan, bizə sonuncu pisliklərini də etmədən, Azərbaycana qara yaxmadan gedərlərmi? Bu erməni şələ-şüləsini yığışdırıb dinməzcə getməz. 

kos.jpeg (103 KB)

Ermənilərin izahı budur ki, avqustun 21-də Rusiya və Qarabağın 41 vətəndaşı sülhməramlıların müşahidəsi ilə “Laçın” adlandırdığımız nəzarət-buraxılış məntəqəsindən Ermənistana keçiblər. Ermənilər qohumcanlı, bir az rusabənzər həyat tərzi keçirən, bir yerə toplaşıb yeyib-içən xalqdır. “Rusiya vətəndaşlarının orada nə işi vardı” sualına bir cavabı da bu iki millətin həyat tərzində, bir az da qohumluqda axtarmaq olar. Dünyanın düz vaxtında da biz Biləcəridəki qohumlarımıza getməyə ərincəklik edəndə, onlar qohumlarına baş çəkmək üçün Rusiyanın dörd bir diyarına gedərdilər. O səbəbdən ağıllı ermənilər Xankəndidə “miatsum” mitinqləri başlayanda yığışıb Rusiyaya- yenə qohum-əqrəbalarının yanına getdilər. Torpaqlarımızda Azərbaycan bayrağı altında yaşamayıb rədd olub gedəcəklərsə, bizim kimi qaçqın olmayacaqlar, onları Rusiyada, yaxın ölkələrdə və hətta Fransada, Amerikada yerbəyer edəcək simsarları tapılacaq. 

Azerbaijani_refugees_from_Karabakh_during_the_war_8.jpg (1.34 MB)

Ermənilər də iddia edirlər ki, köç-filan yoxdur, Rusiya vətəndaşları çoxdan köçürülmələrini gözləyirmişlər. Qarabağı tərk edən digərləri isə Ermənistan və xaricdəki universitetlərə daxil olmuş tələbələrdir. Erməni mediası onu da yazır ki, sülhməramlılarla əldə olunan ilkin razılığa əsasən, yaxın günlərdə tələbələrin və Rusiya vətəndaşlarının köçürülməsi davam etdiriləcək. 

İndi bu ermənilərin bicliyinə də baxın. Azərbaycanda bu “köçün” hansı reaksiya, emosiya doğurduğunun fərqindədirlər, ona görə dərhal deyiblər ki, sən demə, “hazırda yüzlərlə vətəndaş “artsax”a qayıtmağı gözləyir” və sairə... Azərbaycanı da ittiham edirlər ki, Rusiya sülhməramlı qüvvələrinin avtomobillərinin Həkəri körpüsündən keçməsinə icazə verməyib, sərnişinlər piyada baqajla körpüdən keçməyə məcbur olublar. Kəlbəcərlilər aylarla dağlarda yol gəliblər, neçəsi həlak olub, acından-susuzluqdan ölüb, bunların isə iki-üç çamadan daşıdılar deyə canlarımı çıxdı? 

EmolN12XIAcWwWi.jpg (146 KB)

Bu millət bizə o qədər pislik edib ki, onların belə rahatca köçmələri ürəyimizi sakitləşdirməz. Əvvəl şəhərimizi, sonra evimizi, sonra arzularımızı məhv ediblər, yandırıblar. “Dağlarda toy”(Şuşaya hücum əməliyyatının kod adı) yox, vay qurublar. 

5056672a836833242f0d04835b231ca7.jpeg (62 KB)

...Belə köçkünlük olarmı? Bizə elədikərini onlara edə bilmərik, bir az dünya imkan verməz, bir az dövlətin vicdanı. Amma haqq edirlər ki, elə bir köçkünlük yaşasınlar ki, ilk aylarda 5 nəfərə üç boşqabları, iki stəkanları olsun... Anaları gözəl şəraitdən, dəbdəbəli evlərdən daş evlərə sığınsınlar, çərləyib, dərdləyib ölsünlər. Çox şey deyərəm, yaramız heç qaysaqlamadı ki...

Belə köç olmur, belə köçkünlük olmur, mən belə köçə qarşıyam!

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR