İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsi ilə Paşinyan QIRĞINA ÇIXDI, VOMA erməniləri DAĞDA DÖYÜŞƏ çağırdı – detallar CANLIda

1209 09.01.2024 16:00 Son xəbər A A

Erməni terror təşkilatı VOMA Göyçə bölgəsində yaşayan erməniləri dağlarda döyüş təcrübəsi keçməyə dəvət edir. Erməni teleqram kanallarında yayılan videogörüntülərdə bu təlimlə bağlı detallar da öz əksini tapıb. Ermənilər nə etməyə hazırlaşır?

Eçmiədzin (Üçkilsə) kafedralının təmirdən sonra açılışı gecikdirilir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. “Eçmiədzin kilsəsində təmir işlərinin 2022-ci ildə tamamlanması nəzərdə tutulsa da, açılışı 2023-cü ildə baş tutmayıb. Kilsənin 2023-cü il oktyabrın 1-nə planlaşdırılan xeyir-dua mərasimi də təxirə salınıb. Gecikmə Qarabağda baş verən hadisələrlə izah olunurdu. Artıq yeddinci ildir kafedral təmir olunduğuna görə bütün mərasimlər digər kilsələrdə keçirilir.

Kafedralın açılışı yazda baş tuta bilər. Amma bu, sadəcə ehtimaldır”, - məlumatda deyilir.

Eçmiədzindən nəşrə verilən açıqlamada da açılışla bağlı dəqiq tarix göstərilməyib. Eçmiədzin erməni Qriqoryan kilsəsinin baş kafedralıdır. İkinci Qarabağ Müharibəsindən sonra kilsə ilə Baş nazir Nikol Paşinyan arasında münasibətlər kəskinləşib. Hətta Ermənistanda ilk dəfə olaraq, “İctimai” televiziyada ölkənin katalikosu II Qareginin Milad və Yeni il çıxışı yayımlanmayıb.

Eçmiədzinin açılışının bu gərginlik səbəbindən gecikdiyi iddialar arasındadır.

Bu və gündəmdəki bir çox xəbərləri siyasi analitik Əli Mustafa ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR