İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsi ilə Paşinyan arasında münaqişə səngimir: “İncili yanlış təfsir etmə...”

798 22.04.2023 18:38 Region A A

 

Milli irsin müdafiəçisi İncilin özbaşına və yanlış təfsiri ilə deyil, kilsə ənənələrinin qorunması ilə məşğul olmalıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə Ermənistan kilsəsinin yeromonaxı Asoqik Karapetyanın sosial şəbəkədəki hesabı vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyana yazdığı məktubda yer alıb.

Onun sözlərinə görə, ölkə idarəçiləri kilsəyə qarşı çıxmamalı, xristian imanı, qaydalarını xatırlayaraq dövlətin xeyrinə çalışmalıdırlar.

Qeyd edək ki, bundan əvvəl bütün ermənilərin katolikosu II Qaregin erməni həvari kilsəsi ilə Ermənistan hakimiyyəti arasında əməkdaşlığın lazımi səviyyədə olmamasından şikayətlənmişdi. Xüsusilə onun fikrincə, müasir Ermənistanda “əsl ənənələrə, dəyərlər sisteminə, milli-mənəvi təhlükəsizliyin əsaslarına məhəl qoyulmur”.

Qareginin bu sözlərinə Paşinyan tərəfindən cavab gecikməyib. Baş nazir hətta həvari Pavelin romalılara məktubundan bir parça sitat gətirib (13-cü fəsil) - “Hər bir can yüksək hakimiyyətlərə tabe olsun, çünki ondan başqa heç bir səlahiyyətli olan yoxdur. Hakimiyyətə qarşı çıxan, Tanrıya qarşı da çıxmış olur...”.

Paşinyan buna əsaslanaraq öz sözlərini əlavə edib:

“Əgər kilsənin hökumətlə münasibəti pisdirsə, deməli, onun Tanrıyla da  münasibətləri pisdir”.

“İqtidarın ağır yükünü daşıyan hər kəsə millətin arzularına uyğun gələcəyə baxış olmalıdır, əks halda o, milli irsin qoruyucusu ola bilməz. Bu, Müqəddəs Kitabın özbaşına və yanlış təfsiri ilə, teomaxizmlə deyil, kilsə ənənələrini qorumaqla edilə bilər”, - deyə Asoqik Karapetyan Paşinyana bu sözlərlə cavab verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR