İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ictimai xadimlərindən Arutyunyana müraciət: İntihar et...

2673 01.02.2023 18:45 Gündəm A A

“Son 16 ilin əsas siyasi fiquru olaraq “dqr”in ” (qondarma, oyuncaq rejim – red.) hazırkı “prezidenti” görünməmiş böyük ərazi və insan itkiləri ilə yanaşı, 1994-cü ildə on minlərlə insanın həyatı bahasına qazanılan qələbənin əldən verilməsinə görə məsuliyyət daşıyır”.

Musavat.com “news.am” saytına istinadən xəbər verir ki, bu barədə bir qrup erməni ictimai xadiminin Araik Arutyunyana ünvanladığı açıq məktubda deyilir.

Həmin müraciətdə qeyd olunur:

“Təkcə yerli ermənilər, həm də Ermənistan Respublikasının mövcudluğu, eləcə də xaricdə yaşayan milyonlarla erməninin məsələsi Qarabağın taleyindən asılıdır. 44 günlük müharibədə “dqr” öz ərazisinin təxminən 70%-ni, Ermənistan ordusu 5 mindən çox əsgərini itirdi. İnsanlar sizi itirdikləri evlərin, onların bədbəxtliklərinin və faciələrinin əsas günahkarı kimi görürlər.

Tarixin göstərdiyi kimi, ali komandirlər biabırçı məğlubiyyətdən sonra ya intihar edir, ya da istefa verir. Nə edəcəyinizə özünüz qərar verin”.

Qeyd edək ki, müraciəti imzalayanların adları açıqlanmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR