İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hüquq müdafiəçisi: "Aşot Paşinyan könüllü olaraq maşına minib"

560 18.05.2023 15:39 Son xəbər A A

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun qaçırılması hadisəsi ilə bağlı İkinci Qarabağ savaşında ölən erməni əsgərlərin dörd valideynini saxlayıb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, yerli hüquq müdafiəçisi Ruben Melikyan bununla bağlı maraqlı açıqlama verib.

Onun sözlərinə görə, üç kişi və bir qadın saxlanılıb, heç kim, təbii ki, günahını etiraf etmir. Qeyd edək ki, Ruben Melikyan, vəkillər və müxalifətçi deputatlara artıq Şenqavitin polis bölməsinə getməyə icazə verilib.

“Bu işlə məşğul olacaq əsas vəkil Vahan Ovannisyandır. Görünür, proses Şenqavit istintaq şöbəsində aparılacaq”, - deyə Ruben Melikyan bildirib.

Ruben Məlikyanın bildirdiyinə əsasən, hərbçilərin valideynlərinə hələlik konkret ittiham irəli sürülməyib, bu, istintaq orqanının səlahiyyətindədir.

“Amma başlanmış proses çərçivəsində adam oğurluğundan danışırlar, halbuki oğurluq faktı tam təkzib olunur. Çünki Aşot Paşinyan yalnız Qayane Akopyanın olduğu avtomobilə öz istəyi ilə minib. Aşot Paşinyanın niyə maşından düşdüyünü təsəvvür etmək də çətindir”,-deyə o, qeyd edib

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR