İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbi ekspert: Azərbaycanın antiterror tədbirləri keçirmək hüququ var idi

2044 25.10.2023 21:37 Region A A

Azərbaycanın öz ərazisində antiterror əməliyyatları keçirmək hüququ olub.

Musavat.com xəbər verir ki, bu barədə hərbi ekspert Ayk Nahapetyan “livenews.am” saytının kanalında bildirib.

“10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü bəndinin birinci cümləsini oxuyaq. Rusiya sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir. Ermənistan silahlı qüvvələri nə deməkdir? Sən deyə bilərsən? “Artsax Müdafiə Ordusu” da Ermənistanın silahlı qüvvələridir, elə deyilmi? Qarabağda Burkina Fasonun silahlı qüvvələri var idimi? Yox, orada erməni silahlı qüvvələri var idi. Onlar kimdir? Bu Ermənistan Silahlı Qüvvələri kimə tabedir?

“Artsax” dövləti mövcud deyil. Mən faktlarla danışıram. Üçtərəfli bəyanatda yazılanları düzgün şərh etməliyik”, - deyə Nahapetyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR