İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçilərin valideynləri hökumət binasının qarşısında

372 21.04.2023 10:20 Region A A

Göyçənin Azad kəndində baş verən yanğında həlak olan 15 hərbçinin valideynləri yenidən İrəvanda hökumət binası yaxınlığında toplaşıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, valideynlər hələ də baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüşə bilməyiblər. Onlar bu gün də baş nazir və müdafiə naziri ilə görüş tələb edirlər.

Bir müddət əvvəl valideynlərin nümayəndəsi, vəkil Norik Norikyan yerli mediaya bildirib ki, görüşün keçirilməsinin mümkünlüyü barədə heç nə məlum deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR