İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni generalı Bakı təcridxanasında ÖLÜB? – ermənilər İSTERİKA ilə bunu yayır – Tural Abbaslı CANLIda

2372 31.10.2023 11:30 Son xəbər A A

Erməni mediası və sosial şəbəkə səhifələri ağlasığmaz informasiyalar yaymağa davam edirlər. Erməni mətbuatında keçmiş qondarma rejimin sabiq “müdafiə naziri” Levon Mnatsakanyanın Bakı təcridxanasında ölməsi məlumatı tirajlanır.

Ehtiyatda olan polkovnik Volodya Ovannisyan isə daha bir gülünc iddia səsləndirilib. O deyib ki, Mnatsakanyan guya müharibədə həyatını itirən Azərbaycan əsgərlərinin yaxınları tərəfindən öldürülüb: “Mnatsakanyan 2016-cı il müharibəsində türkləri məğlub etdi (əslində, Aprel savaşında erməni ordusu darmadağın edilib – red) və bunu ona bağışlamırlar. Bundan əlavə, hətta 2016-cı ildə öldürülən azərbaycanlıların qohumlarının Levon Mnatsakanyanı döymək üçün dəvət olunduğu barədə məlumatlar var. Bu, təbii ki, məlumatdır”.

V.Ovannisyanın bu iddiasının nə qədər gülünc və absurd olduğunu cəmi iki faktla əsaslandırmaq olar:

Birincisi, Levon Mnatsakanyan bir müddət əvvəl ailəsi ilə əlaqə saxlayıb və vəziyyətinin yaxşı olduğunu bildirib. Ötən gün Ombudsman da separatçıların ailə üzvləri ilə danışdıqlarını açıqlayıb.

İkincisi, L.Mnatsakanyandan daha ağır cinayətlər törətmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan da Bakı təcridxanasındadır. Onların vəziyyətinin yaxşı olduğunu, mütəmadi olaraq ailələri ilə danışdığını ermənilər özləri də qeyd edirlər. Yəni baş terrorçu Araikin sağ-salamat olduğu bir vaxtda dördüncü dərəcəli şəxs Levon Mnatsakanyanın işgəncə görüb öldürülməsi tamamilə absurd səslənir.

Üçüncüsü, Ermənistana qaçmış terrorçu polkovnik Volodya Ovannisyan təcridxana kimi ictimaiyyətə qapalı bir mühitdə baş verənlərdən necə xəbər tuta bilərdi axı?

Bu bir daha göstərir ki, ermənilər beynəlxalq aləmin diqqətini çəkmək üçün Levon Mnatsakanyan xəbərini uydurublar. Onun Bakıda işgənc görməsi və öldürülməsi fikri əsassızdır. Zənnimizcə, ölüm Mnatsakanyan üçün qurtuluş olar. O, cinayətlərinin cəzasını dörd divar arasında yaşayaraq çəkməlidir. 

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR