İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general: “Qarabağ gedibsə, Paşinyan heç olmasa bu təslimçiliyi davam etdirməsin”

675 04.12.2023 13:58 Siyasət A A


“Onların (Paşinyan iqtidarı nəzərdə tutulur-red.) indi nəyi planlaşdırdığını, həyata keçirdiklərini aydınlaşdırmağa ehtiyac yoxdur, onların məqsədi Qarabağı təslim etmək idi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 4-də Ermənistan parlamenti binası yaxınlığında keçirilən etiraz aksiyasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan deyib.

“Bəraət üçün təbii ki, günahkarları, müxtəlif səbəbləri tapmaq lazımdır. Əgər təslim olublarsa, qoy eyni təslimiyət davam etməsin. Əgər proses olubsa və bunun əleyhinə olubsa, o zaman əks addımlar atsın. Onun (Paşinyanın) özünə haqq qazandırması boş və mənasızdır”,- deyə Xaçatryan qeyd edib.

Xaçatryanın sözlərinə görə, Azərbaycan bölmələri öz mövqelərindən geri çəkilməyib. “Burada düşmən mühəndislik baxımından öz mövqelərini gücləndirir. Belə bir taktiki üstünlüklə onlar qoşunlarını çıxarmazlar”, - deyə keçmiş hərbçi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR