İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əslilli müğənni oğlunu gəlinindən qaçırdı

1354 28.09.2023 09:30 Son xəbər A A

77 yaşlı erməni əsilli müğənni Şer oğlu Elaycanı oteldən qaçırmaqda ittiham olunur.

OLAY yazır ki, müğənni bunun üçün dörd agentlə razılaşıb.

Həmin vaxt Elayca keçmiş həyat yoldaşı Mariangela ilə toylarının ildönümündə barışmağa çalışıb.

Şerin gəlini keçmiş əri yoxa çıxandan 4 gün sonra sözügedən plandan xəbərdar olub və məhkəməyə müraciət edib.

"2022-ci il noyabrın 30-da, toyumuzun ildönümündə gecə dörd nəfər otel otağımıza basqın edərək Elaycanı çölə çıxardılar. Həmin şəxslərdən biri mənə onları Elaycanın anasının göndərdiyini bildirdi" - deyə Şerin keçmiş gəlini vurğulayıb.

Oğurlandıqdan sonra Şerin oğlu Los-Ancelesdəki bir otelə yerləşob. Otel işçiləri onun narkotik asılılığı səbəbindən qeyri-adi davranışı ilə bağlı mütəmadi olaraq şikayətləniblər. Nəticədə Elayca reabilitasiya klinikasına köçürülüb.

“Demək olar ki, hər gün otelin qarşısında görünürdü. Səkidə oturub siqaret çəkirdi. Siqaretlə çölə çıxırdı, çəkib qurtaranda huşunu itirirdi. O, evsiz bir avaraya oxşayırdı” - deyə otel işçiləri qeyd ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR