İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsgərlərin yanaraq öldüyü “hərbi hissə” azərbaycanlının evi olub - Faktlar ÜZƏ ÇIXDI - VİDEO

1531 26.01.2023 10:50 Region A A

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini kadrlarda görən kimi tanıyıb.

Daha ətraflı “AZTV Xəbər”in reportajında tanış ola bilərsiniz:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR