İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil" 

988 29.01.2023 14:55 Region A A

"Qərbdə Rusiyanın nəzarəti altında olmayacağı təqdirdə Sünik dəhlizinin qurulmasına etiraz etmirlər".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli ekspert Suren Sarkisyan deyib.

"Üstəlik, burada İran faktoru da var, ona görə ABŞ-ın da bu yolda marağı ola bilər", - Sarkisyan bildirib.

O, "Azərbaycanın tələbi ilə Rusiya qoşunlarının çıxarılması halında Qərbin sülhməramlı qoşunlar göndərməyə hazır olub-olmaması" sualına cavab verib. Erməni ekspertin sözlərinə görə, beynəlxalq hüquqda sülhməramlı qoşunların göndərilməsinin ən mühüm prinsipi tərəflərin razılığıdır:

"Yəni hər iki tərəf razılaşarsa, istər BMT, istərsə də ATƏT mandatı altında sülhməramlı missiya yerləşdirilə bilər. Hətta Aİ, BMT və ya hər hansı bir başqasının istəyi olsa belə, ilk növbədə tərəflərin razılığı lazımdır. Azərbaycan iki il keçdikdə rusların getməsindən sonra başqasının gəlməsinə razı olacaqmı? Qəti şəkildə deyə bilərik ki, Azərbaycan belə bir razılıq verməyəcək. Rusların da müddətin uzadılması ilə bağlı problemləri olacaq. Bu müddətin uzadılması üçün səbəblər axtaracaqlar. Lakin bunun üçün onların çox az əsasları var".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR