İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Paşinyanın bu layihəsi reallığa çevrilə bilməz” 

766 07.11.2023 13:37 Region A A

““Sülhün kəsişməsi” layihəsi faktiki olaraq reallığa çevrilə bilməz, çünki kommunikasiyaların açılması Azərbaycan və Türkiyə tərəfindən bir çox ilkin şərtlərlə əlaqələndirilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistanın Niderland və İndoneziyadakı keçmiş səfiri Dzünik Ağacanyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin ilkin şərtlərinin yerinə yetirilməsi Ermənistan üçün ciddi risklərə və təhlükəsizlik təhdidlərinə gətirib çıxaracaq. Ağacanyan bu layihənin bir qədər fərqli prizmadan 90-cı illərdə geniş şəkildə reklam edildiyini, lakin həmin vaxt da reallığa çevrilmədiyini vurğulayıb. Üstəlik, bəhs olunan dövrdə Ermənistan təhlükəsizlik baxımından müqayisə olunmayacaq dərəcədə yaxşı vəziyyətdə olub.

“Bu layihənin həyata keçirilməsi ona gətirib çıxaracaq ki, Ermənistan tranzit yollarında imtiyaz və üstünlüklərdən istifadə edən ölkəyə deyil, Türkiyə və Azərbaycanın istifadə edəcəyi qapı kandarına çevriləcək”, - deyə Dzünik Ağacanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR