İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Ermənistanda Fransa populyarlığa görə Rusiyanı ötüb”

479 26.01.2023 17:22 Region A A

Ermənistanda son iki ildə Rusiyanın Paşinyan iqtidarının toxunulmazlığının qarantı olması fikri çox fəal şəkildə təbliğ edilir və rusiyayönlü seçki seqmentində belə bir fikir narazılığa səbəb olur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir fikir, yerli ekspert Vigen Akopyan tərəfindən səslənib.

Erməni politoloqa görə, Rusiyanın da ictimai rəydə nüfuzu azalıb və o, bu vəziyyəti necə düzəltmək barədə düşünməlidir.

“Belə çıxır ki, Rusiya regionda və xüsusən Ermənistan üçün sabitlik və təhlükəsizliyin qarantı sayılmır. Ermənistanın hakim partiyasının indiki seçki bazası və siyasi resursu heç də Rusiyaya loyal deyil. Ermənistanın rusiyayönlü elektoratı isə ümidlərini daha çox müxalifətə bağlayıb”,-deyə o vurğulayıb.

Akopyan hesab edir ki, müəyyən şərtlər daxilində Rusiya regiondan sıxışdırıla bilər.

“Son ayların sosioloji sorğuları göstərir ki, Rusiyanın reytinqi kifayət qədər aşağı düşüb. Rusiya son 30 ildə ilk dəfə olaraq ermənilərə dost dövlətlər siyahısında Fransadan sonra ikinci ölkə olub. Belə nəticələrin səbəbləri var”,-deyə Vigen Akopyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR